Təmir üzrə Elektrik Montyoru - Holcim

Местоположение: Bakı

Şöbə: Elektrik və Avtomatika Əsas vəzifələr:  Yarımstansiyalarda və digər yüksək, orta və alçaq gərginlikli elektrik avadanlıqların sökülməsi, yığılması, onların əsaslı və cari təmirini aparır. Elektrik avadanlıqların fasiləsiz və keyfiyyətli işini təşkil edir, bunun üçün onların düzgün quraşdırılmasını və xidmətini təmin edir. Yüksək orta və alçaq gərginlikli mühərriklərin mərkəzləşdirilməsi, həmçinin digər avadanlıqlarının sxemlərə uyğun quraşdırılması, onlarda olan defektlərin və nasazlıqları təyin edilməsi və aradan qaldırılması üçün tədbirlər görür Yüksək orta və alçaq gərginlikli mühərriklərin, həmçinin digər avadanlıqlarının təmirindən sonra onların ayrı-ayrı parametrlərinin normaya uyğun olub olmamasını yoxlamaq məqsədilə sınaqların keçirilməsində iştirak edir. Zavodda fəaliyyət göstərən bütün kabel xəttlərinin təmirini, onların montaj və demontaj olunmasını, birləşmə və sonluq muftalarının salınmasıni həyata keçirir. Yüksək orta və alçaq gərginlikli yüksəklikdə olan hava xəttlərinin təmir işlərini aparır, həmçinin onların gərginlikdən azad etməsini və qoşulmasını həyata keçirir İşlək və ehtiyat operativ gərginlik mənbələrinin vəziyyətini daima nəzarət altında saxlayır Avadanlığın rele mühafizə sxemlərinin yoxlanılması, onların təmir olunması və quraşdırılması işini aparır Yarımstansiyalarda və digər elektrik otaqlarda avtomatların, ayırıcı və kəsicilərin elektrik intigallarının, alçaq yüksək və orta gərginlik açarlarının tənzimlənməsi, dəyişdirilməsi və təmiri işlərini aparır Elektrik avadanlıqlarının əsaslı və cari təmirindən sonra onların kompleks sınaqdan çıxarılmasını və onların ekspluatasiyaya buraxılmasına hazırlamaq işini həyata keçirir. Alətlərdən, cihazlardan, qoruyucu vasitələrdən səmərəli istifadə edir və onları tələb olunan qaydada saxlayır. İş prosesində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl edir. Yarımstansiyanın və digər elektrik otaqlarının təmizliyinə cavabdehdir Quru üsulla işləyən yeni sobanın texnoloji xəttindəki elektrik avadanlıqlarının təmirində, təftişində və istismarında iştirak edir. Elektrik-montaj işlərini görür. Zəruri hallarda növbəli iş rejimi ilə işləyir Zavod ərazisində olan yarımstansiyalarda və elektrik otaqlarda yüksək, orta və alçaq gərginlik avadanlıqlarda təmir işləri yerinə yetirir. Nəzarət Ölcü Cihazlarına aid işləri yerinə yetirir. Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydaları haqqında tam məlumatı olmaq və ona əməl olunmasına ciddi riayət etmək Tələb olunan keyfiyyətlər: Elektrik avadanlıqlarının quraşdırılması, təmiri və istismarı üzrə peşə və ya orta ixtisas təhsili Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi Maraqlananlar CV – lərini, mövzu hissəsində “Təmir üzrə Elektrik Montyoru” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Bütün müraciətlərə baxılacaq və namizədlərə bərabər imkanlar veriləcək.