Partnyorluq kreditləri üzrə mütəxəssis - İdeal Kredit BOKT

Местоположение: Bakı

Təsvir Partnyorlar vasitəsilə daxil olan kredit müraciətlərinin qəbulu və ilkin təhlili; Müştərinin eyniləşdirilməsi, sənədlərin yoxlanılması və Kredit Bürosu sorğularının aparılması; Kredit təkliflərinin müəyyən edilmiş prosedur və limitlərə uyğun hazırlanması; Kredit müqavilələrinin və digər zəruri sənədlərin hazırlanması və rəsmiləşdirilməsi; Partnyorlarla gündəlik işgüzar əlaqələrin qurulması və koordinasiyası; Müraciətlərin icra prosesinin izlənilməsi və vaxtında nəticələndirilməsi; Partnyorlar üzrə dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi. Tələblər Ali təhsil (iqtisadiyyat, maliyyə, bank işi və ya əlaqəli sahə); Bank və ya BOKT sektorunda kredit sahəsində minimum 1 il iş təcrübəsi; Kredit prosedurları və müvafiq qanunvericilik üzrə biliklər; Yüksək ünsiyyət və danışıqlar aparmaq bacarığı; Analitik düşüncə, məsuliyyətlilik və operativlik; MS Office proqramlarında işləmək bacarığı. Vakansiya növü - Tam ştat İmtiyazlar Həyat Yığım sığortası Korporativ Mühit Bonus sistemi; Təlim dəstəyi Maraqlanan namizədlər  Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.