Местоположение: Bakı
Struktur bölmə: Satış departamenti – Korporativ satış şöbəsi Vəzifə öhdəlikləri: Yeni korporativ müştərilərin cəlb edilməsi, uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulması və satış prosesinin effektiv idarə olunması; Korporativ müştərilərin biznes fəaliyyətinin, sığorta ehtiyaclarının və risk xüsusiyyətlərinin təhlil edilməsi, onların tələblərinə uyğun kompleks və fərdi sığorta həllərinin hazırlanmasının koordinasiyası; Korporativ müştərilərin işçi heyətinə və əmlaklarına çarpaz satışların təşkili və bu istiqamətdə aidiyyəti struktur bölmələrlə əməkdaşlığın təmin edilməsi; Mürəkkəb və yüksək riskli sığorta təkliflərinin hazırlanması zamanı Anderraytinq və digər aidiyyəti struktur bölmələrlə koordinasiyanın həyata keçirilməsi; Özünün cəlb etdiyi və/və ya məsuliyyətinə təhkim edilmiş müştərilərlə davamlı əlaqələrin saxlanılması, həmin müştərilərlə bağlanmış sığorta müqavilələrinin vaxtında yenilənməsi, müştəri ehtiyaclarının müəyyən edilməsi və əlavə satış imkanlarının inkişaf etdirilməsi; Debitor borcların minimuma endirilməsi və ödənişlərin müqavilə şərtlərinə əsasən ödənilməsinin təmin olunması; Korporativ satış proseslərinin təkmilləşdirilməsi, yeni müştəri cəlbi və mövcud portfelin inkişafı istiqamətində təşəbbüslərin irəli sürülməsi. Namizədə olan tələblər: Ali təhsil; İş təcrübəsi: sığorta, satış və ya korporativ müştərilərlə iş üzrə minimum 3 il iş təcrübəsi; Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; rus və/və ya ingilis dili biliyi arzuolunandır; MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı; Yüksək kommunikasiya, Təqdimatemə, danışıqlar aparmaq və müştəriyönümlü xidmət bacarıqları; Komanda ilə işləmək, məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük; İri korporativ müştəri portfelinin müstəqil idarə edilməsi, mürəkkəb kommersiya danışıqlarının aparılması və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması üzrə təcrübə; Kompleks sığorta təkliflərinin hazırlanması və satış nəticələrinin təhlili bacarığı. İş şərtləri: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə; İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək); İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A ; Əmək haqqı: namizədin peşəkar səriştə, bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir. İmtiyazlar: Karyera və peşəkar inkişaf üçün imkanlar; Peşəkar komandada işləmək imkanı; Tibbi sığorta təminatı; Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük. Zəhmət olmasa, mövzu bölməsində “Korporativ satış üzrə baş mütəxəssis” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.