Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Yeni informasiya təhlükəsizliyi alətlərinin araşdırılması, qiymətləndirilməsi və seçimi prosesində iştirak etmək; Müxtəlif təhlükəsizlik sistemlərinin (NGFW, DDoS, IDS/IPS, WAF, NAC, PAM, DLP və s.) qurulması, idarə edilməsi və baş verə biləcək problemlərin aradan qaldırılması; Şəbəkə arxitekturasının təhlili, ən yaxşı təcrübələrin, Zero Trust, mikroseqmentasiya, Defense-in-Depth kimi modellərin tətbiqi; Red Team əməliyyatları üzrə texniki yanaşmaların, metodologiyaların və test çərçivələrinin formalaşdırılması; İmtiyazlı istifadəçi hesablarının avtomatik kəşf edilməsi, vault bazasına inteqrasiyası və sessiyaların yazılması/monitorinqi; Veb təhlükəsizlik avadanlığı (WAF) üzrə optimallaşdırma işlərinin aparılması, spesifik hücum vektorlarına qarşı dayanıqlı siyasətlərin formalaşdırılması və ümumi idarə edilməsi; VLAN, ACL, NAT, routing, port security, dot1x və digər şəbəkə konfiqurasiyaları ilə təhlükəsizlik aspektindən işlənilməsi. Tələblər: İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və ya əlaqədar ixtisasları üzrə ali təhsil; Şəbəkə təhlükəsizliyi üzrə, o cümlədən VPN (IPSec, SSL VPN), NAT və ACL texnologiyalarının tətbiqi, konfiqurasiyası və optimallaşdırılması üzrə praktiki biliklər; Windows Server (AD, Group Policy, LDAP) və Linux OS (Ubuntu, RHEL və s.) mühitlərində təhlükəsizlik inzibatçılığı, təhlükəsizlik sərtləşdirilməsi və yamaqların idarə olunması bacarığı; Veb təhlükəsizlik avadanlıqları üzrə OWASP Top 10 kiberhücumlara qarşı təhlükəsizliyin və dayanıqlılığın təmin olunması üzrə bilik və təcrübə; SIEM sistemlərinin (Splunk, CrowdStrike, QRadar və s.) quraşdırılması, loq mənbələrinin inteqrasiyası, eləcə də şəbəkə analiz alətləri (Wireshark, tcpdump) vasitəsilə mürəkkəb təhlükəsizlik insidentlərinin təhlili və araşdırılması üzrə bacarıqlar; İş şərtləri: İş qrafiki: Tam iş günü (5 gün). İş saatları: 09:00-18:00. İş yeri: Bakı Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.