Yüklənir...
Местоположение: Bakı
İsti mətbəxsiz format - soyuq hazırlıq, espresso, kokteyl/şirə Ağ Şəhərdə yeni fəaliyyətə başlayacaq, isti mətbəxsiz formatda işləyən müasir kofeşop komandasına gündəlik əməliyyatları idarə edəcək, təcrübəli və məsuliyyətli bir administrator/menecer axtarırıq. İş şəraiti Əmək haqqı 1000-1200 AZN (baza) + performansa görə bonus İş rejimi - Əmək məcəlləsinə uyğun olaraq rəsmiləşmə Tabeliyində 12 nəfərlik heyət (5 barista, 5 ofisiant/host, 2 xadimə) Əsas tələblər Xanım, Bəy 25-35 yaş Ali təhsil (menecment, iqtisadiyyat, turizm/otelçilik və ya əlaqəli sahə üstünlükdür) HoReCa sahəsində minimum 2-3 il rəhbər/smen rəhbəri təcrübəsi Azərbaycan (ana dili), rus və türk dilləri orta-yuxarı, ingilis dili orta-yuxarı səviyyədə POS/kassa sistemləri, MS Excel və əsas ofis proqramları ilə işləmə bacarığı Əsas maliyyə savadlılığı (gəlir-xərc təhlili, büdcə nəzarəti) Güclü liderlik, təşkilatçılıq və stress altında qərar qəbul etmə bacarığı SƏTƏM qaydalarını bilmək üstünlükdür Əsas vəzifə öhdəlikləri Gündəlik açılış/bağlanış proseslərinə və heyətin iş qrafikinə real-vaxt nəzarət 12 nəfərlik komandanın idarə edilməsi: iş qrafiki, işə qəbul, qiymətləndirmə, motivasiya Kassa və maliyyə nəzarəti: gündəlik Z-hesabat, aylıq satış/xərc hesabatlığı Satınalma və təchizat idarəetməsi, anbar uçotu Gigiyena və qida təhlükəsizliyi standartlarının tətbiqinə nəzarət Müştəri təcrübəsinin qorunması, şikayətlərin son instansiya həlli Əmək qanunvericiliyinə uyğunluq və daxili sənədləşmənin aparılması Lokal marketinq fəaliyyətlərinə dəstək Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r . Mövzu sətrində "Administrator" qeyd edin.