Yüklənir...
Местоположение: Bakı
Namizədə dair tələblər: Kompüter bilikləri: MS Office proqramları və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur; Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili (arzuolunandır); İş təcrübəsi: 6 aydan az olmayaraq iş stajı; Problemləri həll etmə bacarığı; Stresə davamlı, punktual, məsuliyyətli, işində çevik və dəqiq olması; Komandada işləmək, öyrənmə bacarıqları; Sürücülük vəsiqəsi olanlara üstünlük verilir. Vəzifə öhdəlikləri: POS terminallarının, nəzarət-kassa aparatlarının (NKA) və digər avadanlıqların ilkin texniki baxışının keçirilməsi, test edilməsi və sazlanması prosesində iştirak etmək; Obyektlər üzrə yaradılan ticketlərin düzgün və vaxtında icrasını təmin etmək; Müştərilərdən daxil olan texniki müraciətləri qeydə almaq və müvafiq texniki heyətə yönləndirmək; Servis xidmətləri ilə bağlı ofisə və ya əraziyə müraciət edən müştərilərə texniki dəstək göstərmək; Rəhbərlik tərəfindən verilən tapşırıqları müəyyən edilmiş müddətdə və dəqiq şəkildə yerinə yetirmək. İş şəraiti İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00 İş yerinin ünvanı: Bakı, A. Quliyev küç., 1131, Babək Plaza Əmək haqqı: 500-550 AZN (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.) Əlavə məlumat: Proqram təminatı, tiket proqramı, avadanlıqların təmiri barədə məlumatlar və s. namizədə öyrədiləcəkdir. Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Kassa və POS terminal üzrə Kiçik mütəxəssis" adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.