Yüklənir...
Местоположение: Bakı
Müəssisə: Qəbələ Konserv Zavodu MMC İş yeri: Qəbələ şəhəri İşin təsviri: Zavodda mövcud olan bütün maşın, avadanlıq, dəzgah və qurğuların texniki pasportlarının və ehtiyat hissələrinin uçotunu və təminatını həyata keçirmək; Xaricdən satın alınan avadanlıq və ehtiyat hissələrinin qəbul, yoxlama və texniki uyğunluq proseslərində iştirak etmək;Avadanlıqların istismar müddətlərini nəzərə alaraq ehtiyat hissələr üçün minimum anbar qalıqlarını müəyyən etmək, stok səviyyələrinə nəzarət etmək və zərurət yarandıqda sifarişlərin verilməsini təmin etmək; Zavod üçün alınan dizel yanacağının keyfiyyətinə və qəbul prosesinin düzgün aparılmasına nəzarət etmək; Müəssisənin texniki siyasətinin formalaşdırılmasında iştirak etmək, texniki inkişaf, modernizasiya və rekonstruksiya istiqamətlərini müəyyənləşdirmək;İstehsal prosesinin texniki hazırlıq səviyyəsini yüksəltmək, məhsul keyfiyyətinin və etibarlılığının artırılması, maliyyə, material və əmək itkilərinin azaldılması istiqamətində tədbirlər həyata keçirmək; İstehsal fondlarının və resursların səmərəli istifadəsini təmin etmək, yeni texnologiyaların tətbiqi, texniki-təşkilati tədbirlər, elmi-tədqiqat və rekonstruksiya layihələrinin hazırlanması və icrasına rəhbərlik etmək; Elmi-texniki yeniliklərin, sınaqların və təkmilləşdirmə təşəbbüslərinin istehsalatda tətbiqini təşkil etmək, işçilərin innovativ təşəbbüslərini dəstəkləmək; İstehsal olunan məhsulların təhlükəsizliyinə nəzarət etmək və bu sahədə müəyyən edilmiş tələblərin yerinə yetirilməsinə görə məsuliyyət daşımaq. Tələblər: Təhsil – Ali təhsil Texniki və ya istehsalat sahəsində minimum 13-15 il, rəhbər vəzifədə isə minimum 5 il iş təcrübəsi Azərbaycan dilini səlis bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür MS Office proqramları və 1C ERP sistemləri ilə işləmək bacarığı; Sahə üzrə beynəlxalq standartlar və yerli qanunvericilik tələbləri barədə biliklər Güclü analitik düşünmə və strateji planlaşdırma bacarığı Komandanın effektiv idarə edilməsi və liderlik bacarıqları İş şərtləri: İş qrafiki: 5 günlük iş həftəsi; İş saatları: 09:00 – 18:00; Könüllü tibbi sığorta; Təlim və inkişaf imkanları. Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Texniki şöbənin rəhbəri - QKZ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.