Yüklənir...
Местоположение: Bakı
Əsas vəzifə öhdəlikləri: Təhkim olunmuş avtobusu təmiz, səliqəli və texniki saz vəziyyətdə saxlamaq. Hərəkətə başlamazdan əvvəl avtobusa texniki baxış keçirmək və aşkar olunan nasazlıqlar barədə rəhbərliyi məlumatlandırmaq. Avtobusun servis müddətinə və yanacaq sərfiyyatına nəzarət etmək. Kiçik texniki nasazlıqları yerində aradan qaldırmaq üçün zəruri mexaniki biliklərə malik olmaq. Avtobusda yanğınsöndürən balon, təhlükəsizlik üçbucağı və tibbi çantanın mövcudluğunu təmin etmək. Yol hərəkəti qaydalarına və müəyyən edilmiş sürət həddinə ciddi riayət etmək. Əməkdaşların iş yerinə və geriyə təhlükəsiz daşınmasını təmin etmək. Təsdiq edilmiş hərəkət marşrutuna və vaxt qrafikinə riayət etmək, gecikmə və ya marşrut dəyişikliyi barədə aidiyyəti rəhbəri vaxtında məlumatlandırmaq. Sərnişinlərin nəqliyyat vasitəsinə təhlükəsiz minib-düşməsinə nəzarət etmək və səfər zamanı rahat, nəzakətli xidmət göstərmək. Şirkətə məxsus sənəd, avadanlıq və digər ləvazimatları təyinat ünvanına təhlükəsiz çatdırmaq. Qeyri-iş vaxtında avtobusu müəyyən olunmuş dayanacaqda saxlamaq. İstehsalat sahələrində fərdi mühafizə vasitələrindən istifadə etmək. Avtobusun müəyyən edilmiş sərnişin tutumunun aşılmasına yol verməmək, qarlı və buzlu yollarda təkər zəncirindən istifadə etmək. Yol-nəqliyyat hadisəsi zamanı təhlükəsizliyi təmin etdikdən sonra dərhal rəhbərliyə və sığorta şirkətinə məlumat vermək. İş vaxtında spirtli içki və ya əhvalı dəyişdirən digər maddələrdən istifadə etməmək. İşə davamiyyət, daxili intizam və subordinasiya qaydalarına riayət etmək, münaqişələrdən uzaq olmaq. Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək. Tələblər: Etibarlı sürücülük vəsiqəsində D kateqoriyasının olması. Yaşı 60-dan az olmalıdır. Sərnişindaşıma sahəsində ən azı 3 il iş təcrübəsi. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYNA Tədris Mərkəzi tərəfindən verilmiş sertifikatın olması üstünlükdür. Yol hərəkəti qaydalarını və nəqliyyat vasitəsinin əsas texniki quruluşunu yaxşı bilmək. Kiçik texniki nasazlıqları müəyyən etmək və aradan qaldırmaq bacarığı. Məsuliyyətlilik, dəqiqlik, intizamlılıq və təhlükəsiz idarəetmə vərdişləri. Bakı şəhərini və region yollarını yaxşı tanımaq. Biz təklif edirik: İş təcrübəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı. Dəstəkləyici və təhlükəsizliyə önəm verən iş mühiti. Şirkət tərəfindən mobil nömrə ilə təminat. İş qrafiki: Bazar ertəsi–Cümə, 08:00–17:00 Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Avtobus sürücüsü” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.