Yüklənir...
Местоположение: Bakı
Vəzifə təlimatı: Bütün yeni işə başlayan işçiləri mövcud uniforma ilə təmin edilməsi və uniforma qeydiyyatının aparılması; Gündəlik olaraq işçi uniformalarının və yataq dəstlərinin təhvil verilməsi və qəbul edilməsi, eləcə də bütün sənədləşmənin müvafiq qaydada aparılmasının və yenilənməsinin təmin edilməsi; Uniforma qeydiyyat bazasının mütəmadi olaraq yoxlanılması, yenilənməsi və nəzarətdə saxlanılmasının təmin edilməsi; Tikişlə bağlı sorğuların yerinə yetirilməsi, o cümlədən qonaq paltarlarının, mehmanxana ağlarının və işçi uniformalının dəyişdirilməsi, ölçülməsi və bərpa edilməsi; Hotelin yataq dəstlərinə və işçilərin uniformalarına lazım gəldikcə düzəlişlər edilməsi və onların işlək vəziyyətdə olmasının təmin edilməsi; Korlanmış və itmiş yataq dəstləri və uniformalara dair qeydlərin aparılması; Tikiş maşını və digər avadanlıqların işlək vəziyyətdə olmasının təmin edilməsi və hər hansı təmir işlərinə dair tələbat yarandıqda, bu barədə şöbə rəhbərlərinə xəbər verilməsi; Tikiş ehtiyatlarının qorunub saxlanılması və lazım gələrsə inventarizasiyada kömək edilməsi; İş ərazisinin təmiz və qaydada olmasının təmin edilməsi. Səhər növbəsi ərzində uniformaların çeşidlənməsini, yuyulmasını, qurudulmasını və ütülənməsini həyata keçirmək; Qurutma maşınlarının müəyyən edilmiş qaydalara uyğun doldurulmasını və boşaldılmasını təmin etmək Tələblər Müvafiq sahə üzrə iş təcrübəsi (Hotel sahəsində təcrübəsi olanlara üstünlük verilir); Dərzi ixtisası üzrə peşə təhsili. Komandada işləmək və ünsiyyət qura bilmə bacarıqlarına sahib olmaq; Dəyişkən iş rejimində işləmək qabiliyyət; Gigiyena qaydalarına və qonaq məmmuniyyətinə hakim olmaq; Şərtlər: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; Həftədə 6 iş günü, 1 gün istirahət; Əmək haqqı: Razılaşma əsasında Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “ Dərzi ” qeyd etməyiniz xahiş olunur