Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Sifariş jurnalında olan məlumatları yoxlamaq və bron (öncədən sifariş) edilmiş sifarişlərin müddətini təyin etmək və zalda müvafiq dəyişikliklər etmək. Masaların düzülüşünə,təmizliyinə və menyuların yerində olmasına nəzarət etmək. Qonaqları gülərüzlə qarşılamaq və salamlamaq, onları bron edilmiş masaya yola salmaq. Əgər bron edilməyibsə, boş olan masaları təklif etmək və müştərilərə əyləşməyə köməklik göstərmək. Zalda olan ümumi vəziyyətə nəzarət etmək. Pik, bütün masaların dolu vaxtlarında ofisiant çatışmazlığı zamanlarında ofisiantlara köməklik göstərmək. Qonaqlar ilə və ya zalda yaranan problemləri öz səlahiyyətləri çərçivəsində həll etmək. Səlahiyyətləri aşan problemlər və digər hallarda öz menecerinə vaxtında dəqiq və düzgün məlumat vermək. Daxil olan zənglərə cavab verərək (3 zəngdən gec olmamaq şərtilə), bron jurnalında qeydlər aparmaq və hər zaman jurnalın təmiz və səliqəli olmasına diqqət etmək. Bronları dəqiq və düzgün şəkildə aparmaq. Menyu haqqında məlumatlı olmaq, ofisiantların zalda yerləşdirilmə pozisiyalarını bilmək. Masaların nömrələri və yerləşməsini bilmək. İşlədiyi restoranın və şirkətin imicini qorumalıdır. İşinə vicdanla və diqqətlə yanaşmalı, şirkətin maraqlarını şəxsi maraqlarından üstün tutmalıdır. Telefonlara standartlara uyğun cavab vermək və rezervasiyaları etmək. Hər hansı bir fövqəladə vəziyyətdə və ya təhlükəsizlik vəziyyətində düzgün davranışı bilmək. İşgüzar ünsiyyət etikası. Namizədə tələblər 2 ildən artıq iş təcrübəsi Qonaqlarla ünsiyyət qurma bacarığı Gülərüz, məsuliyyətli və stress altında işləmə bacarığı Azərbaycan və Rus dillərində sərbəst danışmaq, İngilis dilini bilməsi arzu olunandır. İş şəraiti Nəqliyyat və yataqxana ilə təmin olunma; Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə; Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .