Местоположение: Bakı
Mexanika üzrə Təcrübə Proqramına Qəbul Elan Edirik! Korporativ Sosial Məsuliyyət öhdəliyimiz çərçivəsində yerli kadr potensialının inkişaf etdirilməsi və peşəkar yüksəliş imkanlarının yaradılması məqsədilə “Mexanika üzrə Təcrübə Proqramı”nı elan edirik. Mexanika mühəndisliyi sahəsində karyera qurmaq istəyən namizədlər üçün nəzərdə tutulan proqram Şıxov ərazisində yerləşən iş sahəmizdə peşəkar təlimçilər tərəfindən 2 (iki) aylıq ixtisaslaşmış təlim keçirilməsi planlaşdırılmışdır. Proqram iştirakçıları təcrübə müddəti ərzində şirkətdə tam ştatlı əsaslarla çalışacaq və əməkhaqqı ilə təmin olunacaqlar. Proqramı uğurla başa vuran iştirakçılar layihələrimizə təyin edilərək praktiki təcrübə qazanmaq və peşəkar bilik və bacarıqlarını daha da inkişaf etdirmək imkanı əldə edəcəklər. Mexanika mühəndisliyi sahəsində karyerasına başlamaq və peşəkar inkişaf yolunda ilk addımını atmaq istəyən hər kəsi proqramımıza qoşulmağa dəvət edirik! Namizədlərə dair tələblər Mexanika mühəndisliyi və ya əlaqəli texniki sahə üzrə yeni məzun olan namizədlərə üstünlük veriləcək. Mexanika mühəndisliyi sahəsində karyera qurmağa və peşəkar inkişaf etməyə həvəsli olmaq. Öyrənməyə, yeni bilik və bacarıqlar əldə etməyə açıq olmaq. Komandada işləmək bacarığına malik olmaq. Məsuliyyətli, təşəbbüskar və intizamlı olmaq. İki aylıq təlim proqramında tam iştirak etmək və tam ştatlı iş rejiminə hazır olmaq. Beynəlxalq təcrübəyə sahib şirkətin layihələrində praktiki təcrübə qazanmaq və uzunmüddətli peşəkar inkişafa maraq göstərmək. İngilis dili biliyi üstünlükdür. Proqramın üstünlükləri: Peşəkar təlimçilər tərəfindən iki aylıq ixtisaslaşmış təlim. Təcrübə müddətində əməkhaqqı ilə təmin olunma. Şirkətin layihələrində praktiki iş təcrübəsi qazanmaq imkanı. Peşəkar inkişaf və karyeraya başlamaq fürsəti. Tam rəsmi işəqəbul prosesi. Qeyd: “Mexanika üzrə Təcrübə Proqramı” tam ştat proqram olaraq nəzərdə tutulmuşdur və standart iş saatlarında fəaliyyət göstərəcəkdir. Maraqlanan namizədlər Azərbaycan və ya ingilis dillərində CV-lərini mövzu hissəsində "Mexanika üzrə Təcrübə Proqramı" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.