Yüklənir...
Местоположение: Bakı
“Şirvan Aqro” MMC heyvandarlıq kompleksində informasiya texnologiyaları infrastrukturunun fasiləsiz fəaliyyətini təmin etmək, kompüter sistemlərinə və şəbəkələrə texniki dəstək göstərmək məqsədilə komandasına İT üzrə mütəxəssis axtarır. Əsas vəzifə öhdəlikləri: Kompüterlərin, printerlərin, serverlərin və şəbəkə avadanlıqlarının işlək vəziyyətinə nəzarət etmək; İnternet, lokal şəbəkə və istifadəçi avadanlıqlarında yaranan texniki problemləri aradan qaldırmaq; Proqram təminatlarının quraşdırılması, yenilənməsi və texniki dəstəyini həyata keçirmək; İstehsalat və idarəetmə sistemlərinin fasiləsiz fəaliyyətinə texniki dəstək göstərmək; Məlumatların təhlükəsizliyi, ehtiyat nüsxələnməsi və istifadəçi girişlərinə nəzarətdə iştirak etmək; İT avadanlıqlarına texniki xidmət göstərmək və müvafiq uçot aparmaq. Namizədə tələblər: İT və ya müvafiq texniki sahə üzrə ali və ya orta ixtisas təhsili; Kompüter avadanlıqları, əməliyyat sistemləri və şəbəkələr üzrə biliklər; Proqram təminatlarının quraşdırılması və texniki problemlərin həlli bacarığı; Məsuliyyətlilik, operativlik və analitik düşünmə qabiliyyəti; İş təcrübəsi – üstünlükdür. İş şəraiti: İş qrafiki: istehsalat proseslərinin xüsusiyyətlərinə uyğun iş rejimi; Əməkhaqqı: müsahibə əsasında müəyyən edilir; İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İT üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.