İnsan Resursları şöbəsinin Baş mütəxəssisi - Təhsil Texnologiyaları Mərkəzi

Местоположение: Bakı

Təhsil Texnologiyaları Mərkəzi İnsan Resursları şöbəsinin Baş mütəxəssisi vəzifəsi üzrə peşəkar və təcrübəli namizədləri komandamıza qoşulmağa dəvət edir. Əsas vəzifə öhdəlikləri HR strategiyasının hazırlanması və icrasında fəal iştirak etmək; İşə qəbul, adaptasiya və əməkdaşların motivasiyası proseslərini idarə etmək; Əmək qanunvericiliyinin tələblərinə uyğun kadr sənədləşməsini və uçotunu aparmaq; Performansın qiymətləndirilməsi və əməkdaşların inkişaf proqramlarını hazırlamaq və tətbiq etmək; HR analitikası, işçi dövriyyəsi, məzuniyyət qalıqları və digər əsas HR göstəriciləri üzrə statistik və analitik hesabatlar hazırlamaq; Korporativ mədəniyyətin formalaşdırılması və daxili kommunikasiyanın gücləndirilməsi istiqamətində fəaliyyət göstərmək; Azərbaycan Respublikasının Əmək Məcəlləsində və əlaqəli normativ hüquqi aktlarda baş verən dəyişiklikləri izləmək, onların HR proseslərinə təsirini təhlil etmək; HR siyasət və prosedurlarının hazırlanması, təkmilləşdirilməsi və tətbiqində iştirak etmək. Namizədə dair tələblər İnsan Resursları, Biznesin İdarəedilməsi, Hüquq və ya digər əlaqəli sahələr üzrə ali təhsil; İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək münasibətlərini tənzimləyən normativ hüquqi aktlar üzrə biliklər; HR texnologiyaları və MS Excel proqramı üzrə yüksək səviyyədə biliklər; Güclü analitik düşünmə, planlaşdırma və təşkilatçılıq bacarıqları; Yüksək kommunikasiya və komanda ilə işləmək bacarığı; Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı; Beynəlxalq HR sertifikatlarının olması arzuolunandır. İş şəraiti İş yeri: Təhsil Texnologiyaları Mərkəzi İş rejimi: Tam ştat İş qrafiki: 5 günlük iş həftəsi İş saatları: 09:00–18:00 Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək. Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mailin mövzu hissəsində “İnsan Resursları şöbəsinin Baş mütəxəssisi” qeyd olunmalıdır. Tələblərə uyğun namizədlər ilkin qiymətləndirmə mərhələsindən sonra müsahibəyə dəvət ediləcəklər.