Местоположение: Bakı
Vəzifə öhdəlikləri İstehsal olunan və idxal edilən metal məhsullarının, boru kəməri həllərinin və avadanlıqların beynəlxalq və daxili yükdaşımalarının (Avto, Dəmir yolu, Dəniz, Hava) təşkili və izlənilməsi. Ən əlverişli marşrutların və nəqliyyat növünün seçilməsi, nəqliyyat xərclərinin optimallaşdırılması. Nəqliyyat/ekspeditor şirkətləri və gömrük brokerləri ilə danışıqların aparılması, optimal qiymət təkliflərinin toplanması və müqavilələrin bağlanması. Yüklərin daşınma prosesinə, çatdırılma müddətinə, təhlükəsizliyinə və Bakı, Sumqayıt, eləcə də ölkə regionlarındakı müştərilərə vaxtında çatdırılmasına nəzarət edilməsi. Gömrük rəsmiləşdirilməsi və yükdaşımalar üçün tələb olunan sənəd paketinin (CMR, Konosament, Bəyannamələr, İnvoys, Packing list, Çatdırılma aktları) hazırlanması və dəqiqliyinin təmin edilməsi. Daşımalar və logistika xərcləri üzrə dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi. Tələblər Təhsil: Ali təhsil (İqtisadiyyat, Logistika və ya Texniki sahələr üzrə). İş Təcrübəsi: Logistika və beynəlxalq/daxili yükdaşımalar sahəsində minimum 1-3 il iş təcrübəsi (metal və ya sənaye məhsullarının logistikası üzrə təcrübə üstünlükdür). Dil Bilikləri: Azərbaycan dili (sərbəst), Rus dili (arzuolunan), İngilis dili (arzuolunan). Kompüter Bilikləri: MS Office (xüsusilə MS Excel üstün səviyyədə). Xüsusi Biliklər: Incoterms 2020 qaydalarını, beynəlxalq daşıma normalarını və gömrük sənədləşmə prosedurlarını yaxşı bilmək. Şəxsi Keyfiyyətlər: Analitik düşüncə, danışıqlar aparmaq və qiymət razılaşdırmaq bacarığı, stressə davamlılıq və operativ qərar vermə yetənəyi. İş şəraiti İş qrafiki: Bazar ertəsi – Cümə (09:00 - 18:00) Əməkhaqqı: Müsahibə əsasında təyin olunur Ünvan: Çinar Plaza, Heydər Əliyev pr. 152. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r . Əlaqə telefonu : +994 10 256 07 06