Planlama üzrə mühəndis - Uni Ko QSC

Местоположение: Bakı

Vəzifə öhdəlikləri Tikinti layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması); Müvafiq layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması; Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş həcmi və son tarixləri əhatə edən tikinti layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması; Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi; Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün inşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi; İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi; Layihə üzrə material, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət; Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması; İrəliləmə histoqramlarının tərtib edilməsi; Gecikmələrin proqnozlaşdırılmasının həyata keçirilməsi. Namizədə tələblər İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi; Tikinti sahəsində planlama üzrə ümumi olaraq 3 ildən yuxarı iş təcrübəsi; İnnovativ standartlara uyğun işləmək; MS Office (Word, Excel), AutoCad, Primavera, MS Project proqramlarını yüksək səviyyədə bilməli;  Yüksək səviyyədə analitik-riyazi biliklər; Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq; İnşaat norma və qaydalarını bilmək; İşə planlı yanaşma, vaxtı idarəetmə bacarıqları; Ən az bir tikinti layihəsi başlanğıcından sonuna qədər planlanması və izlənilməsində iştirak etmək, iş ardıcıllıqlarını bilmək, işçi əmək tutum norma və standartlarını bilmək; Azərbaycan dili (mütləq), İngilis və ya Rus dili bilikləri (arzuolunandır/ layihədən asılı olaraq). Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.