Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Beynəlxalq daşınmaları planlaşdırmaq, təşkil etmək və marşrutları optimallaşdırmaq; Logistika bazarını təhlil etmək, yeni daşıyıcıları müəyyən etmək və qiymət danışıqları aparmaq; Beynəlxalq daşınma və gömrük sənədlərini (CMR, invoice (invoys), packing list (qablaşdırma siyahısı) və s.) hazırlamaq və yoxlamaq; Gömrük rəsmiləşdirilməsi proseslərini koordinasiya etmək və sənədləri gömrük bəyannaməsi üçün hazırlamaq; Yüklərin yüklənmə, daşınma və boşaldılma statusunu izləmək və aidiyyəti şöbələri məlumatlandırmaq; Daşınma xərclərini hesablamaq, büdcəyə nəzarət etmək və hesab-fakturaları ödənişə yönləndirmək; Yaranan problemləri, gecikmələri və boşdayanma cərimələrini operativ şəkildə həll etmək; Müqavilələrlə işləmək və rəhbərlik tərəfindən verilən digər korporativ tapşırıqları icra etmək; Xüsusi icazə tələb edən yükləri müvafiq sistemlərə daxil etmək və lazımi icazələri təmin etmək. Tələblər: Incoterms 2020 qaydaları üzrə mükəmməl bilik və praktiki tətbiq təcrübəsi; Minimum 3 il müvafiq sahə üzrə iş təcrübəsi; Azərbaycan və rus dillərini səlis bilmək (İngilis dili biliyi üstünlük hesab olunur); MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı (Pivot Table, VLOOKUP və s. üstünlükdür); Analitik düşünmə, güclü danışıqlar aparma və problem həll etmə bacarığı; İş şəraiti: İş rejimi: 6 günlük; İş yeri: Xırdalan şəhəri; Nahar, korporativ nömrə və servis xidməti şirkət tərəfindən təmin edilir; Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunur. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Beynəlxalq daşınmalar üzrə mütəxəssis ” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır. e-mail: hr@aplusco.az