İnformasiya texnologiyaları şöbəsinin mütəxəssisi (Son istifadəçi testi mütəxəssisi) - ADY Express

Местоположение: Bakı

Vəzifə öhdəlikləri: Manual Testləşdirmə: Hazır olan proqram təminatını "son istifadəçi gözü” ilə yoxlamaq; User Story-lərin hazırlanması: İstifadəçi ehtiyaclarını "İstifadəçi hekayələri" şəklində təsvir etmək; Xətaların (Bug) izlənilməsi: Test zamanı aşkar olunan xətaları sənədləşdirmək və proqramçılara geri bildirim vermək; Təlimatlar: Yeni funksiyalar üzrə son istifadəçilər üçün sadə dildə təlimatlar hazırlamaq, proqramın digər sənədləşmə işlərini təmin etmək; Rəhbəri tərəfindən verilmiş tapşırıqları icra etmək. Namizədə dair tələblər: Ali təhsil: Müvafiq sahə üzrə İş stajı: 1 il (İT layihələrində biznes və ya sistem analitiki üzrə) Dil biliyi: İngilis  Rəqəmsal bilik və bacarıqlar:   Windows 10 OS fundamentals ilə işləmək bacarığı; Windows server funksiyalarını bilmək; Com Tia Help Desk ilə sərbəst işləmək bacarığı Software Development Life Cycle üzrə biliklər, Proqram təminatının test edilməsi metodologiyaları haqqında biliklər; Jira, Confluence və ya bənzər tapşırıq idarəetmə sistemlərində sərbəst işləmək bacarığı; SQL/API biliyi, sadə verilənlər bazası sorğuları və Postman ilə işləmək bacarığı olanlara üstünlük veriləcəkdir Analitik düşüncə; nəticəyönümlülük; müstəqil işləmə; təşəbbüskarlıq; diqqətlilik; sənədləşdirmə bacarığı; komandada işləmə; ünsiyyət bacarıqları; texniki tapşırıqları aydın, ardıcıl və anlaşılan dildə yazma qabiliyyəti İş şəraiti: İş qrafiki: 5 günlük  İş saatı: 09:00-18:00 Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13 A, Xətai Plaza Əlavə üstünlüklərimiz: Könüllü tibbi sığorta; Nahar ilə təmin edilmə; Korporativ mühit, peşəkar təcrübə qazanma imkanı  Tələblərə cavab verən namizədlər öz CV-lərini “İT şöbəsinin mütəxəssisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.