Yüklənir...
Местоположение: Bakı şəhəri
İş barədə məlumat: Risklərin idarəetməsi departamenti İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə) Ünvan: Bakı şəhəri. Tələblər: Ali təhsil; Bank sektorunda müvafiq sahə üzrə 3 il iş təcrübəsi; Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək; GNİ elektron bank sistemində, MS Office proqramlarında (xüsusilə MS Excel) sərbəst işləmək bacarığı; Borcalanın gəlirliliyinə və ödəniş qabiliyyətinə təsir edə biləcək faktorların təhlili üzrə biliklər, maliyyə hesabatlarını təhliletmə bacarıqları; Borcalanlar və sektorlar üzrə tədqiqat aparmaq qabiliyyəti. İşin təsviri: Təqdim edilmiş kredit ərizələri üzrə borcalanların biznes və maliyyə təhlilini aparmaq. Kredit sifarişləri üzrə təkliflərin və düzgün strukturun verilməsini təmin etmək; Kredit ərizələri üzrə borcalanların kredit risklərinin anderraytinqini təmin etmək və risklərin minimallaşdırılması məqsədilə müvafiq təkliflər vermək; Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq prosedurlara və Risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq; Müştərinin maliyyə vəziyyətini və gələcəkdə krediti qaytarmaq qabiliyyətini yoxlamaq, kredit risk reytinqlərini hesablamaq və müvafiq qərarı qəbul etmək; Hər bir kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icra edilməsini həyata keçirmək; Bankın təsdiq edilmiş kredit siyasəti və müvafiq prosedurları ilə bağlı zəruri biliklərə yiyələnmək; Kredit portfelinə nəzarət etmək və portfel üzrə müvafiq təhlillər aparmaq. Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kreditlərin anderraytinqi üzrə Baş mütəxəssis/Bölmə rəhbəri” qeydi edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyini xahiş edirik. Müraciət maili cv@afb.az