Местоположение: Bakı
Təsvir Energetika şöbəsinin işinin sistemli şəkildə təşkil edilməsi; Rəhbrəliyin tapşırığına əsasən müəssisənin bütün elektrik təchizatına rəsmi qaydada cavabdehlik daşımaq; Müəssisənin enerji resurslarının yüksək effektivlik və keyfiyyət göstəricinə malik olmasına cavabdehlik; Enerji sisteminin tam təhlükəsiz, dayanıqlı və qüsursuz işinin təşkil olunması və enerji kəsilməzliyinin yüksək səviyyədə təmin olunması; Müəssisənin bütün vacib rəsmi sənədlərinin tam qaydasında olması və rəsmi qurumlar qarşısında müəssisənin enerji ilə bağlı mənafeyinin müdafiə olunması; Elektrik enerjisi sərfinin uçotu və təhlili, elektrik şəbəkələrinin fəaliyyətinin rasionallaşdırılması üzrə layihələrin işlənib hazırlanması; Elektrik və avtomatlaşdırma sistemləri üzrə iş həcmlərinin, BOQ-ların, büdcələrin və tender texniki şərtlərinin hazırlanması; İşçi heyyətin peşəkarlıq dərəcəsinin artırılması istiqamətində davamlı işlər görülməsi və ildə bir dəfə attestasiya imtahanlarının təşkili; Qarşıya çıxan texniki nasazlıq və qəza halları ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi; Davamlı təkmilləşdirmə və qənaətin artırılması ilə bağlı təkliflər paketi işlənib hazırlanması. Tələblər Elektrik mühəndisliyi üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi); Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi (İri biznes mərkəzləri, otellər və s., infrastruktur layihələrində təcrübə üstünlükdür); Aşağı və orta gərginlikli sistemlər üzrə güclü biliklər; Enerji avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri və iş rejimləri barədə məlumatlı olmaq; Enerji təsərrüfatının təşkili, texniki istismar və təmir texnologiyaları üzrə biliklər; Microsoft Office, AutoCAD və digər elektrik layihələndirmə proqramlarında işləmək bacarığı; Elektrik sxemləri, enerji paylanması və təhlükəsizlik qaydalarını mükəmməl bilmək; Digər elektrik layihələndirmə proqramlarında iş bacarığı; Yerli normativlər (AzDTN, FHN) və beynəlxalq standartlar (IEC, EN, NFPA, ISO) üzrə biliklər; Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və rəhbərlik bacarıqları; Yüksək məsuliyyət, operativ qərarvermə və problem həll etmə qabiliyyəti. Əlavə məlumat: İş qrafiki: Həftə içi 5 gün, 6-cı gün qısa iş günü; Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən olunacaq. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.