İsitmə, soyutma və havalandırma sistemləri üzrə mexanik-montajçı - AGA Group

Местоположение: Bakı şəhəri

AQA Şirkətlər Qrupu  "İsitmə, soyutma və havalandırma sistemləri üzrə mexanik-montajçı" vakansiyasını elan edir. Vəzifə öhdəlikləri: Divar, şkaf və mərkəzləşdirilmiş kondisioner sistemlərində nasazlıqların aşkar edilməsi və düzgün diaqnostikanın aparılması; Kondisionerləşmə layihələrini oxuma və tətbiq etmə bacarığı; Divar, şkaf və mərkəzləşdirilmiş kondisioner sistemlərinə dövri texniki xidmətin göstərilməsi; Daxili və xarici blokların montaj və demontaj işlərinin icrası; Kondisioner sistemlərinə qaz vurulması, qaz sızmalarının aşkarlanması, aradan qaldırılması və sistemlərin tənzimlənməsi; Ana platalarda (ana kartlarda) yaranmış nasazlıqların müəyyən edilməsi; Mono, multi və VRF sistemləri üzrə təmir işlərinin aparılması və ehtiyat hissələrinin yenisi ilə əvəz edilməsi; Kompressorların, iki çıxışlı klapanların, sensorların, fan mühərriklərinin və digər mexaniki hissələrin dəyişdirilməsi; İdarəetmə pultları, mikrosxemlər və elektrik naqillərinin əvəz edilməsi; Kran, kondensator, istilik tənzimləyicisi və maqnit işəsalıcıların dəyişdirilməsi; Kondisioner sistemlərinin xüsusi kimyəvi vasitələrlə yuyulması və süzgəclərin təmizlənməsi; Mərkəzləşdirilmiş VRF sistemlərində mis və drenaj borularının, siqnal kabellərinin çəkilməsi, joint-lərin qaynaq edilməsi və izolyasiya olunması; SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) standartlarına, istismar qaydalarına və daxili prosedurlara riayət edilməsi; Tələb olunan material və ehtiyat hissələrinin anbardan çıxarılması, onlardan düzgün və qənaətlə istifadə etməklə tapşırıqların vaxtında yerinə yetirilməsi; Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqların yerinə yetirilməsi. Tələblər Təhsil: Müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili; İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi; Sertifikat / vəsiqə / lisenziya: arzuolunandır; Yaş həddi: 30–50 yaş; Kompüter bilikləri: Microsoft Office proqramları (üstünlükdür); Komandada işləmə bacarığı; Məsuliyyətli, işgüzar və nizam-intizamlı olmaq. Əlavə qeyd: Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən olunacaq. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər  Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.