Yüklənir...
Местоположение: Bakı
Təsvir Bağların salınması və becərilməsi üçün texnoloji prosesləri müəyyənləşdirmək: Meliorativ tədbirlərin həyata keçirilməsi üçün planlar hazırlamaq; Torpağın tərkibini və vəziyyətini nəzərə alaraq müxtəlif torpaq sahələrində məhsul becərmə üsullarını müəyyənləşdirmək; Gübrələri və becərmə üçün tələb olunan digər materialları müəyyənləşdirmək və təklif etmək; Becərmə və yığım müddətlərinin vaxtlarının qrafikini tərtib etmək; Gübrələmə prosesini müəyyən etmək; Torpağın düzgün istismarı və qorunması üçün üsullar hazırlamaq; Məhsul istehsalını artırmaq üçün qabaqcıl texnologiyalardan istifadə etmək; Müvafiq kimyəvi maddələrin və gübrələrin düzgün istifadəsini həyata keçirmək; Mütəmadi olaraq bağları monitorinq etmək; Xəstəlik, alaq otları və zərərvericilərə qarşı mübarizə tədbirləri aparmaq; Alaq otlarıyla, zərərvericilərlə, xəstələnmə və zəhərlənmə səviyyəsindən asılı olaraq optimal mübarizə tədbirləri seçmək və tətbiq etmək; Uçot və hesabat: İstehsal nəticələrini sənədləşdirmək və statistik hesabatları hazırlamaq; Operativ sənədləri fayllaşdırmaq. Tələblər Ali təhsil; Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi; Torpaq analizi və bitki mühafizəsi (xəstəliklər, zərərvericilər və alaq otları ilə mübarizə üsulları) üzrə nəzəri və praktiki biliklər; Microsoft Office (Word, Excel, Outlook) proqramlarını istifadə bacarığı; Analitik düşüncə, problem həll etmə və operativ qərarvermə bacarığı; Məsuliyyətlilik, hesabatlılıq və dəqiqlik. Vakansiya növü - Tam ştat İmtiyazlar Tibbi sığorta Kariyerada yüksəlmə imkanı Təlim dəstəyi Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.