Yüklənir...
Местоположение: Bakı
Təsvir: Şirkətin işçi ehtiyaclarını müəyyən etmək və vakansiya tələblərini analiz etmək; Müxtəlif işə qəbul kanalları vasitəsilə namizədlərin axtarışı və cəlb edilməsini təmin etmək; Namizədlərin ilkin dəyərləndirilməsini aparmaq və müsahibələri təşkil etmək; İş təkliflərinin hazırlanması və təqdim olunmasını koordinasiya etmək; İşə qəbul olunmuş yeni əməkdaş üçün adaptasiya (orientation) proqramını təşkil etmək; İşə qəbul hesabatlarını hazırlamaq və birbaşa rəhbərə təqdim etmək; İşçilərin təlim ehtiyaclarının müəyyən edilməsində və ümumi təlim prosesində dəstək göstərmək. Tələblər: Ali təhsil; Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi; Mükəmməl səviyyədə azərbaycan və ingilis dillərində ünsiyyət və yazı bacarığı; Microsoft Office (Word, Excel, Outlook, Power Point) və Glorri proqramlarını istifadə bacarığı; Məsuliyyətlilik və hesabatlılıq; dəqiqlik, təşəbbüskarlıq və çeviklik; Yalnız və komanda ilə effektiv işləmə bacarığı; İşin tələblərinə uyğun olaraq davamlı ölkədaxili ezamiyyətlərə açıq olmalı. Vakansiya növü - Tam ştat İmtiyazlar: tibbi sığorta (ailə üzvləri də daxil olmaqla) Korporativ nömrə Push30 güzəştli abunəlik paketi Təlim dəstəyi Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.