Kiçik Geotexnik Mühəndisi (Ağdərə) - AIMC (Azerbaijan International Mining Company)

Местоположение: Bakı

Vəzifə öhdəlikləri Yamacların dayanıqlığını izləmək və potensial geotexniki riskləri müəyyən etmək məqsədilə gündəlik mədən inspeksiyalarını həyata keçirmək; Süxurların fiziki-mexaniki xüsusiyyətlərini və yeraltı suların geotexniki parametrlərini qiymətləndirmək; Qazma kernlərinin geotexniki və struktur loglaşdırılmasını (logging) aparmaq; Laboratoriya və sahə sınaqları üçün süxur nümunələrinin götürülməsində iştirak etmək; Geoloji və struktur xüsusiyyətlərin müəyyən edilməsi məqsədilə geotexniki xəritələndirmə işlərini həyata keçirmək; Süxurun möhkəmlik parametrlərinin qiymətləndirilməsi üçün tələb olunan sahə və laboratoriya sınaqlarında iştirak etmək; Sahə və laboratoriya məlumatları əsasında texniki hesabatların, qrafiklərin və digər geotexniki sənədlərin hazırlanmasına dəstək göstərmək; Əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit üzrə şirkət prosedurlarına riayət etmək. Tələblər Hidrogeologiya, Mühəndis Geologiyası, Geologiya, Dağ-Mədən Mühəndisliyi və ya digər əlaqəli ixtisas üzrə bakalavr təhsili; Süxur kütləsinin təsnifatı (Rock Mass Classification) üzrə əsas biliklər; Geotexniki prinsiplər və geoloji məlumatların təhlili üzrə baza bilikləri; Microsoft Office proqramlarında işləmək bacarığı; Analitik düşünmə və problem həll etmə bacarığı; Komandada işləmək və sahə şəraitində fəaliyyət göstərmək bacarığı; Geotexniki, geoloji və ya əlaqəli sahədə iş təcrübəsi arzuolunandır İngilis dili biliyi üstünlük hesab olunur. Məcburi köçkün namizədlərə üstünlük veriləcəkdir İş şəraiti və şərtləri İş yeri: Ağdərə, Azərbaycan; İş qrafiki: Növbəli iş rejimi; Yaşayış yeri: Şirkət tərəfindən təmin edilir. Qeyd olunan tələblərə uyğun olan namizədlərdən CV-lərini mövzu hissəsində "Kiçik Geotexnik Mühəndisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.