Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri Açıq mədən işlərinin gündəlik istehsalat proseslərini planlaşdırmaq, təşkil etmək və təsdiq edilmiş istehsalat planlarına uyğun icrasına nəzarət etmək; Yükləmə, daşıma, filiz hasilatı və tullantı süxurlarının yerləşdirilməsi proseslərini koordinasiya etmək və onların səmərəli icrasını təmin etmək; Gündəlik, həftəlik, aylıq və illik istehsalat planlarının hazırlanmasında iştirak etmək, planların icrasını izləmək və plan-fakt təhlilləri aparmaq; Mədən layihələrinin, qazma-partlayış layihələrinin, istehsalat planlarının və digər texniki sənədlərin hazırlanmasında iştirak etmək, onların istehsalatda düzgün tətbiqinə nəzarət etmək; Mədən yollarının, iş meydançalarının, bermaların, rampaların, yamacların, drenaj sistemlərinin və digər istehsalat sahələrinin layihə parametrlərinə uyğun vəziyyətdə saxlanılmasına nəzarət etmək; Surpac, Micromine, AutoCAD və digər mədən proqramlarından istifadə etməklə mədən planlarını hazırlamaq, yeniləmək və istehsalat məlumatlarını təhlil etmək; İstehsalat göstəricilərini, texnika məhsuldarlığını və əməliyyat məlumatlarını təhlil etmək, texniki hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; Qazma-partlayış işlərinin layihəyə uyğun icrasına nəzarət etmək, nəticələri qiymətləndirmək və proseslərin təkmilləşdirilməsi üzrə təkliflər vermək; İstehsalat proseslərində yaranan texniki problemləri təhlil etmək, onların aradan qaldırılması və istehsalatın səmərəliliyinin artırılması üzrə tədbirlər hazırlamaq; Kiçik Mədən Mühəndislərinin fəaliyyətini əlaqələndirmək, onlara metodiki və texniki dəstək göstərmək; Geologiya, Topoqrafiya, Geotexnika, Emal, Texniki Xidmət və digər aidiyyəti şöbələrlə əməkdaşlıq edərək grade control proseslərini, filizin selektiv hasilatını, mədən ölçmələrini və geotexniki tövsiyələrin icrasını koordinasiya etmək; Tələblər Mədən Mühəndisliyi üzrə ali təhsil; İş təcrübəsi arzuolunandır (mədən sənayesində təcrübə üstünlük hesab olunur); Açıq mədən işlərinin planlaşdırılması və təşkili üzrə biliklər; Qazma-partlayış, yükləmə, daşıma, filiz hasilatı və tullantı süxurlarının yerləşdirilməsi prosesləri üzrə biliklər; Mədən planlarını, layihələrini, texniki çertyojları və istehsalat sxemlərini hazırlamaq və oxumaq bacarığı; İstehsalat planlarının hazırlanması, plan-fakt təhlili və istehsalat göstəricilərinin qiymətləndirilməsi bacarığı; Surpac, Micromine, AutoCAD və digər mədən proqram təminatları üzrə biliklər; Mədən texnikalarının iş prinsipləri və məhsuldarlığının qiymətləndirilməsi üzrə biliklər; İngilis və rus dili bilikləri üstünlük hesab olunur. Məcburi köçkün namizədlərə üstünlük veriləcəkdir. İş yeri və şəraiti İş yeri: Ağdərə (Dəmirli) İş qrafiki: Növbəli rejim Ağdərə (Dəmirli) iş sahəsi üzrə yaşayış və qidalanma təminatı; Tibbi sığorta; Rəqabətqabiliyyətli əməkhaqqı Qeyd olunan tələblərə uyğun olan namizədlərdən CV-lərini mövzu hissəsində "Mədən Mühəndisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.