Местоположение: Bakı
“Abşeron Logistika” MMC “Sənədlərlə iş üzrə kiçik mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir. Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik. Ümumi vəzifə öhdəlikləri: Məlumat bazası ilə işləmək, məlumat bazasını formalaşdırmaq; Sənədlərlə iş, mövcud müqavilə bazası ilə işləmək, bazanı qorumağı öyrənmək; Müqavilələrin tərtibi, rəsmiləşdirilməsi və sənəd dövriyyəsinin təşkili; Sənədlərin sistem üzrə arxivləşdirilməsi və qeydiyyatının aparılması; Sənəd tərtibatının təmin edilməsi. Namizədə qarşı tələblər: Ali təhsil; Müvafiq sahədə iş təcrübəsi arzuolunandır; Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq; Rus dili biliyi üstünlükdür; MS Office proqramlarında iş bacarığı. Peşəkarlıq tələbləri: Aktiv, məsuliyyətli və nəticə yönümlü işləmək bacarığı; Yüksək kommunikasiya bacarıqları; Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu; Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq; Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı. Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək - https://career.absheronport.az/ karyera portalımız üzərindən və ya CV formalarını Müraciət et düyməsində qeyd olunan formu doldurub göndərməklə müraciət edə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Sənədlərlə iş üzrə kiçik mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat xidməti (servis) göstərilir.)