Местоположение: Bakı
Vəzifə öhdəlikləri Tikinti layihələrinin topoqrafik-geodeziya işlərini layihə sənədlərinə və texniki tələblərə uyğun təşkil və icra etmək; Total Station, GNSS/GPS (RTK), nivelir və teodolit cihazlarından sərbəst istifadə etmək; Layihə koordinatlarını və yüksəklik işarələrini təbiətə köçürmək (razbivka), o cümlədən yol oxları, bordyur xətləri, binalar, yarımstansiya və su anbarı sahələrinin koordinatlarını sahədə müəyyən etmək; Ərazinin topoqrafik planalma işlərini aparmaq və relyefin xüsusiyyətlərini təhlil etmək; Torpaq işlərinin həcmlərini hesablamaq, qazma-doldurma balansını müəyyən etmək, kəsik və profilləri hazırlamaq; Vertikal planlaşdırma işarələrinə nəzarət etmək və təməl qatları, asfaltbeton və beton örtüklərin layihə yüksəkliklərinə uyğunluğunu yoxlamaq; Mühəndis şəbəkələrinin, o cümlədən kabel, su və kommunikasiya qalereyalarının trassa, yamac və dərinlik ölçmələrini aparmaq; Tikinti işləri üzrə icra ölçmələrini həyata keçirmək və as-built planlarının, icra sxemlərinin hazırlanması üçün zəruri məlumatları toplamaq; Geodeziya dayaq şəbəkəsini və reperləri yaratmaq, onların qorunmasını təmin etmək və vaxtaşırı yoxlamalarını həyata keçirmək; Ölçmə cihazlarının texniki vəziyyətinə nəzarət etmək, onların metroloji yoxlaması və kalibrlənməsinin vaxtında aparılmasını təmin etmək; Layihə sənədlərini, o cümlədən baş planı, horizontal və vertikal planlaşdırma həllərini oxumaq və ölçmə nəticələrini layihə göstəriciləri ilə müqayisə etmək; Tikinti sahəsində aparılan işlərin layihə koordinatlarına və yüksəklik göstəricilərinə uyğunluğunu operativ şəkildə yoxlamaq; Aşkar edilmiş kənarlaşmalar barədə Tikinti Rəhbərini, Sahə və Texniki ofis mühəndislərini məlumatlandırmaq və zəruri ölçmə məlumatlarını təqdim etmək; Sahə mühəndisləri, texniki ofis, subpodratçılar və digər aidiyyəti şəxslərlə geodeziya məsələləri üzrə koordinasiyalı işləmək. Hesabat və sənədləşmə Ölçmə nəticələrini müvafiq geodeziya jurnallarında və aktlarda düzgün və vaxtında qeyd etmək; Gizli işlər aktlarının hazırlanması üçün tələb olunan icra ölçmələrini aparmaq və nəticələri təqdim etmək; İcra planalma (as-built) məlumatlarını toplamaq, emal etmək və müvafiq icra sxemlərinin hazırlanmasına dəstək olmaq; Gündəlik və həftəlik görülmüş iş həcmləri üzrə ölçmə məlumatlarını Tikinti Rəhbərinə, Sahə və Texniki ofis mühəndislərinə təqdim etmək; Aparılmış ölçmələr, aşkar edilmiş kənarlaşmalar və görülmüş işlərin faktiki vəziyyəti üzrə hesabatların hazırlanmasında iştirak etmək. Tələblər Geodeziya, topoqrafiya, mühəndis-geodeziya, inşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili; Tikinti sahəsində topoqraf/geodeziya üzrə praktiki iş təcrübəsi; Total Station, GNSS/GPS (RTK), nivelir və teodolit ilə sərbəst işləmək bacarığı; Layihə koordinatlarının və yüksəklik işarələrinin təbiətə köçürülməsi (razbivka) üzrə praktiki təcrübə; Topoqrafik planalma, relyef ölçmələri və torpaq işlərinin həcmlərinin hesablanması üzrə bilik; Kəsik və profillərin hazırlanması, qazma-doldurma balansının müəyyən edilməsi üzrə bacarıq; İcra planalma (as-built) və icra sxemlərinin hazırlanması üzrə anlayış; Geodeziya dayaq şəbəkəsinin və reperlərin yaradılması və yoxlanılması üzrə bilik; Layihə sənədlərini, baş planı, horizontal və vertikal planlaşdırma həllərini oxuma bacarığı; AutoCAD və Civil 3D və ya analoji proqramlarda işləmək bacarığı; MS Excel və ölçmə məlumatlarının emalı proqramları ilə işləmək bacarığı; Geodeziya cihazlarının metroloji yoxlama və kalibrləmə tələbləri barədə anlayış; Dəqiq, məsuliyyətli, operativ və komandada işləmək bacarığı. İş şəraiti Rəsmi əmək müqaviləsi; Peşəkar inkişaf və iri layihələrdə iştirak imkanı; Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən ediləcək); İş qrafiki: Tam iş günü; İş yeri: Bakı şəhəri. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.