Yüklənir...
Местоположение: Bakı
Azmade Group MMC komandasına "Planlama və Anbar Şöbə Müdiri" üçün namizəd axdarışındadır! Əsas vəzifə funksiyalari: Metal konstruksiya layihələri üzrə istehsalat planlarının və iş qrafiklərinin hazırlanması Sifarişlərin istehsal mərhələləri üzrə planlaşdırılması və prioritetlərin müəyyən edilməsi; Çertyojlar və BOM/material spesifikasiyaları əsasında istehsal ehtiyaclarının müəyyənləşdirilməsi; Xammal, material, avadanlıq və işçi qüvvəsinə olan tələbatın planlaşdırılması; Kəsim, deşik açma, yığma, qaynaq, təmizləmə, rəngləmə və komplektləşdirmə proseslərinin ardıcıllığının planlaşdırılması; İstehsalat sahələrinin və avadanlıqların yüklənməsinin optimallaşdırılması; Gündəlik, həftəlik və aylıq istehsalat planlarının hazırlanması və icrasına nəzarət; Faktiki istehsal göstəricilərinin planla müqayisəsi və plan-fakt analizinin aparılması; İstehsalatda yaranan gecikmələrin və kənarlaşmaların səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması üzrə tədbirlərin hazırlanması; Material çatışmazlığı, avadanlıq yüklənməsi və digər istehsalat risklərinin əvvəlcədən müəyyənləşdirilməsi; İstehsalat, LİO, Təchizat, Planlama, Keyfiyyətə Nəzarət şöbələri ilə koordinasiyanın təmin edilməsi; Sifarişlərin vaxtında və müəyyən edilmiş istehsal qrafikinə uyğun icrasının izlənilməsi; İstehsalat göstəriciləri üzrə hesabatların, analizlərin və rəhbərlik üçün təqdimatların hazırlanması; İstehsalat gücünün, məhsuldarlığın və resurslardan istifadənin təhlili; İstehsalat planlarının dəyişən sifariş və layihə tələblərinə uyğun operativ şəkildə yenilənməsi; İstehsalat proseslərinin səmərəliliyinin artırılması və optimal planlama həllərinin təklif edilməsi. Anbarda gündəlik iş proseslərinin düzgün təşkilini və nəzarətini həyata keçirilməsi; Anbar işçilərinin fəaliyyətini effektiv şəkildə yönləndirmək və idarə edilməsi; Anbar üzrə inventarlaşma (sayım) proseslərini təşkil və icra edilməsi; Anbar proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və rəhbərliyə təqdim edilməsi; Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə edilməsi; Gündəlik, həftəlik və aylıq anbar hərəkəti barədə hesabatın ilkin sənədlər əsasında hazırlanmasının təmin edilməsi; Anbar hərəkətləri ilə bağlı bütün əməliyyatların proqram təminatı bazasında yaradılmış ERP sisteminin anbar modulunda anında işlənilməsini təmin etmək. Namizədə tələblər: Metal konstruksiyaların istehsal texnologiyası və istehsalat prosesləri üzrə biliklər; Metal konstruksiya çertyojlarının, spesifikasiyaların və BOM-ların oxunması və təhlili; İstehsalatın planlaşdırılması, istehsal gücünün hesablanması və resursların optimal bölüşdürülməsi bacarığı; Kəsim, qazma, yığma, qaynaq, rəngləmə və digər istehsal mərhələlərinin iş ardıcıllığını və texnoloji tələblərini bilməsi; Plan-fakt analizi, istehsalat göstəricilərinin təhlili və kənarlaşmaların səbəblərinin müəyyən edilməsi; Material və xammal tələbatının hesablanması və planlaşdırılması bacarığı; İstehsalat qrafiklərinin hazırlanması və icrasına nəzarət; MS Excel proqramında yüksək səviyyədə işləmək ERP/MRP sistemləri ilə işləmək bacarığı arzuolunandır; AutoCAD və ya analoji proqramlarda çertyojları oxuma bacarığı; MS Project və ya digər istehsalat planlama proqramları üzrə biliklər üstünlükdür; Anbar əməliyyatlarını dərindən bilmək; Analitik düşünmə və rəqəmlərlə işləmə qabiliyyəti; Güclü təşkilatçılıq və koordinasiya bacarığı; Eyni vaxtda bir neçə sifariş və layihə üzrə işləmək bacarığı; Problemləri operativ müəyyənləşdirmək və həll yolları təklif etmək bacarığı; Detallara diqqət və yüksək məsuliyyətlilik; Komanda ilə işləmək və müxtəlif şöbələrlə effektiv kommunikasiya qurmaq bacarığı; İş şəraiti: İş yeri: Şəmkir İş qrafiki: 5 günlük iş həftəsi İş saatları: 08:00 – 17:00 Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r.