Местоположение: Bakı
Əsas vəzifələr Satınalma şöbəsinin gündəlik işlərinin koordinasiyası; Satınalma sorğularının, RFQ-ların və sifarişlərin vaxtında icra olunmasına nəzarət edilməsi; Satınalma proseslərinin müəyyən edilmiş prosedur və qaydalara uyğunluğunun yoxlanılması; Təchizatçılardan alınan kommersiya təkliflərinin və qiymətlərin müqayisəli təhlilinə nəzarət; Gecikən və riskli satınalma proseslərinin müəyyən edilməsi və rəhbərliyə məlumat verilməsi; Həftəlik və aylıq hesabatların hazırlanması; Satınalma nəticələrinin, qiymətlərin, endirimlərin və digər göstəricilərin təhlili; Təchizatçı bazasının və satınalma məlumatlarının sistemləşdirilməsinə nəzarət; Rəhbərlik tərəfindən verilən tapşırıqların satınalma komandası daxilində düzgün bölüşdürülməsi və icrasına nəzarət. Namizədə tələblər Satınalma, təchizat, logistika və ya əlaqəli sahədə ali təhsil və ya iş təcrübəsi; Satınalma prosesləri və təchizatçı münasibətləri haqqında anlayış; Excel-də yaxşı səviyyədə işləmə bacarığı; Hesabat hazırlama və məlumatları analiz etmə bacarığı; Komanda idarəetməsi və koordinasiya bacarığı; Azərbaycan dili – yüksək səviyyədə, İngilis və/və ya rus dili – üstünlükdür; Həftədə 5 gün iş, 2 gün istirahət; Əməkhaqqı razılaşma yolu ilə. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .