Yüklənir...
Местоположение: Bakı
Struktur bölmə: Maliyyə idarəetməsi və mühasibat uçotu şöbəsi Tabeçilik: Direktor Tabeliyində olan vəzifələr: Aparıcı mühasib Maliyyə mütəxəssisi Mühasib köməkçisi İşin təsviri: Maliyyə nəticələrinin aylıq təhlilini aparmaq, gəlir, xərc, mənfəət, marja və digər əsas maliyyə göstəriciləri üzrə rəhbərlik üçün idarəetmə hesabatları hazırlamaq. Maliyyə risklərini müəyyənləşdirmək, qiymətləndirmək və onların azaldılması üzrə tədbirlər hazırlamaq. Maliyyə nəzarəti və daxili kontrol mexanizmlərinin təkmilləşdirilməsini təmin etmək. Maliyyə əməliyyatlarının qanunvericiliyə, şirkətin daxili siyasət və prosedurlarına uyğunluğuna nəzarət etmək. Xərc strukturunu və əməliyyat xərclərini təhlil etmək, xərclərin optimallaşdırılması və maliyyə səmərəliliyinin artırılması üzrə təkliflər hazırlamaq. İnvestisiya, xərc, əməkhaqqı və digər biznes qərarlarının maliyyə təsirini qiymətləndirmək və rəhbərliyə müvafiq tövsiyələr təqdim etmək. Daxili və xarici audit proseslərini koordinasiya etmək, tələb olunan maliyyə məlumatlarının hazırlanmasını və audit nəticələri üzrə tədbirlərin icrasını təmin etmək. Maliyyə siyasətləri, prosedurları və uçot prinsiplərinin hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək. Əməkhaqqı, bonus və digər kompensasiya ödənişlərinin maliyyə planlamasını və büdcəyə təsirinin təhlilini təmin etmək. Maliyyə məlumatlarının düzgünlüyünü, məxfiliyini və vaxtında təqdim edilməsini təmin etmək. Şöbənin əməkdaşlarının fəaliyyətini koordinasiya etmək, iş bölgüsünü aparmaq və nəticələrə nəzarət etmək. Maliyyə və mühasibat uçotu proseslərinin davamlı təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə təşəbbüslər irəli sürmək. Aylıq, rüblük və illik maliyyə hesabatlarının, MHBS (IFRS) üzrə illik hesabatların və digər tələb olunan hesabatların hazırlanmasına və təqdim edilməsinə rəhbərlik etmək. İllik büdcə planının hazırlanmasını, aylıq büdcə-fakt təhlilinin aparılmasını və maliyyə proqnozlarının icrasını təmin etmək. Vergi öhdəliklərinin, o cümlədən mənfəət vergisi, ƏDV, sosial sığorta və digər ödənişlərin düzgün hesablanmasına və bəyannamələrin vaxtında təqdim edilməsinə nəzarət etmək. Pul vəsaitlərinin hərəkətinin (Cash Flow), debitor və kreditor borclarının, habelə ödəniş qrafiklərinin idarə edilməsini təmin etmək. Gündəlik mühasibat əməliyyatlarının düzgünlüyünə, tamlığına və vaxtında uçota alınmasına nəzarət etmək. Kassa və bank əməliyyatlarının uçotunun qanunvericiliyə və daxili prosedurlara uyğun təşkilini təmin etmək. Dərəcə (Grade) və KPI (Əsas Fəaliyyət Göstəriciləri) maliyyə aspektlərinin dəstəklənməsi, əməkhaqqı büdcəsinə təsirin qiymətləndirilməsi və bonus fondunun maliyyə nəticələri əsasında hesablanmasını təmin etmək. 1C əməliyyatlarının optimallaşdırılması və aylıq bağlanış prosesinin vaxtında və düzgün icrasına nəzarət etmək. Tələblər Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil, magistratura təhsili arzuolunandır. PMS sertifikatı olması zəruridir. ACCA, CIMA, CPA və ya CFA, sertifikasiyası — tam və ya qismən, DipIFR daxil olmaqla — arzuolunandır. Müvafiq sahədə ən azı 10 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi. Azərbaycan dili — səlis, rus və ingilis dilləri — arzuolunandır. MS Office, 1C və Bitrix24 proqramları üzrə yaxşı istifadə bacarığı. Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə güclü biliklər. MHBS (IFRS), vergi və mühasibat uçotu üzrə biliklər. Analitik düşüncə, strateji yanaşma və problem həll etmə bacarığı. Güclü liderlik, komanda idarəetməsi və peşəkar ünsiyyət bacarıqları. Yüksək məsuliyyətlilik, dəqiqlik və təşəbbüskarlıq. Əlavə məlumat: İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək. İstirahət günləri: şənbə və bazar günləri, habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş bayram və qeyri-iş günləri. Vakansiya növü: tam ştat. İş yeri: “Bakinity Distribution” MMC (Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 86B). Əməkhaqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir. Təminatlar: Push30 platformasından istifadə imkanı. AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı. Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı. İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.