Местоположение: Bakı
Tələblər İnşaat sahəsi üzrə ali təhsil; Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması; Texniki şöbə rəhbəri vəzifəsində minimum 3 il iş təcrübəsi; Ofis proqramları, Outlook , Autocad, Primavera proqramlarında işləmək bacarığı; Texniki problemlərin təyin edilərək təhlil olunması və həll yollarının tapılması bacarıqları; Hesabat hazırlama və təhlil etmə bacarığı. Əsas vəzifə və öhdəliklər: Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə texniki nəzarət edir; Tikinti-quraşdırma işlərinin həcminin, habelə təsdiq edilmiş layihə-smeta sənədlərinin strukturlarının, işçi heyətinin, tikinti norma və qaydalarının, standartların, texniki şərtlərin, əməyin mühafizəsi standartlarının uyğunluğunu yoxlayır; Sifariş verilən layihələr üçün tikinti smetasının hazırlanmasında və icrasında iştirak edir. Sahələrdən daxil olan texniki hesabatları yoxlayır; Sifarişçilərdən və subpodratçılardan alınan smeta sənədlərini yoxlayır,tərkibi və keyfiyyəti barədə rəy hazırlayır; Ayrı-ayrı komponentlər daxil olmaqla, tikinti xərclərini hesablayır, sifarişçi və subpodratçı smetalarını, materialların xərc smetaları və əlavə xərclərini, görülən işlərin hesabatını, texniki şərtləri, yerinə yetirilmiş iş aktlarını faizlə əlaqələndirir; Uyğunsuzluğun aradan qaldırılması üçün xüsusi fəaliyyət proqramlarının həyata keçirilməsi və islahedici tədbirlərin görülməsində iştirak edir; Bağlanılan müqavilələr üzrə qarşı tərəfin öhdəliklərinin icrasına nəzarət edir; Tamamlanmış tikinti-quraşdırma işlərinin uçotunu aparır və tikinti planlarının icrası barədə hesabat vermək üçün lazımi məlumatları hazırlayır; Davam edən layihələr ilə bağlı mütəmadi təqib halında olaraq layihələrin tikintisi üçün smeta sənədlərini yoxlayır, dəyəri hesablayır, görülən işləri qeyd edir; Mövcud və tələb olunan standartlara əsasən keyfiyyətə təminat vermə prosesində iştirak edir; Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərinin hazırlanmasını təmin edir Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak edir; Sahələrdən gələn texniki hesabatları yoxlayır. Şöbənin ümumilikdə işini təşkil və idarə etmək; Şöbə üzrə aylıq gördüyü işlərə görə şirkər rəhbərinə hesabat vermək Müvafiq profilaktik tədbirlər üçün ümumi dizayn və müqavilələrə nəzarət etmək; Layihə sənədləşmə sistemini təşkil etmək (Çizimlər, siyahıları, NFI, RFI, MA, MS); Tələblərə görə laboratoriya nəticələri və sertifikatları təşkil etmək; Subpodtratçılar üçün texniki spesifikasiyaları hazırlamaq; Layihə planlarını idarə etmək və layihənin inkişafının plana uyğun həyata keçirildiyinə nəzarət etmək; Tikinti işçiləri ilə tikinti qaydalarının hazırlanmasına rəhbərlik və nəzarət etmək; Işlərin miqdarı və hazırlanması hesabatlarını tərtib etmək və hesablamaq; Mühəndislik qrupu və tikinti qrupları arasında uyğunluğu təmin etmək üçün iki qrup arasında əlaqə yaratmaq; Texniki material təqdim etmələrini hazırlamaq; Matrial sifarişləri və təchizatı nəzarətdə saxlamaq Təhvil-təslim prosedurlarını təşkil etmək və hazırlamaq; İş rejimi 5 günlük iş rejimi 09:00-dan 18:00-dək Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.