Yüklənir...
Местоположение: Bakı
Generatorların satışı, icarəsi və servis xidmətləri istiqamətində fəaliyyət göstərən şirkətimiz komandasına aktiv, məsuliyyətli və yüksək təşkilatçılıq bacarığına malik xanım əməkdaş axtarırıq. İş şəraiti İş yeri: Bakı İş qrafiki: Həftədə 5 gün, 08:00–17:00 Əməkhaqqı: 600 AZN sabit əməkhaqqı + satış/KPI əsaslı bonus Əsas vəzifələr Potensial müştərilərlə əlaqə saxlamaq və yeni satış imkanları yaratmaq; Generatorların satışı, icarəsi və servis xidmətlərini müştərilərə təqdim etmək; Müştəri sorğularını qəbul etmək və aidiyyəti texniki/sahə komandasına yönləndirmək; Qiymət təkliflərinin hazırlanmasına və müştərilərə təqdim edilməsinə dəstək olmaq; Müştərilərlə telefon, e-mail və digər kommunikasiya kanalları vasitəsilə gündəlik əlaqə saxlamaq; Ofis və sahə komandaları arasında gündəlik koordinasiyanı təmin etmək; Servis, icarə və digər sahə işlərinin icra vəziyyətini izləmək; Müştəri müraciətləri, satış imkanları və görülən işlər üzrə gündəlik hesabatlar hazırlamaq; Müştəri və satış məlumatlarını sistemli şəkildə qeydiyyata almaq və yeniləmək; Rəhbərlik tərəfindən müəyyən edilmiş satış və KPI hədəflərinin icrasına çalışmaq. Namizədə tələblər Xanım namizəd Microsoft Office proqramlarını, xüsusilə Excel, Word, PowerPoint və Outlook-u çox yaxşı bilmək; Kompüterdə sürətli, dəqiq və sistemli işləmək bacarığı; Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət; İngilis və rus dillərini bilmək üstünlükdür; Güclü satış və müştəri ünsiyyəti bacarığı; Hesabat hazırlamaq və məlumatları sistemləşdirmək bacarığı; Ofis və sahə komandaları ilə koordinasiyalı işləmək bacarığı; Məsuliyyətli, operativ, diqqətli və nəticəyönümlü olmaq. Biz təklif edirik 600 AZN sabit əməkhaqqı; Satış və KPI nəticələrinə əsaslanan bonus sistemi; Korporativ mobil telefon və korporativ nömrə; Generator və enerji avadanlıqları sektorunda praktiki iş təcrübəsi; Peşəkar inkişaf imkanı; İş nəticələrinə uyğun gəlir artımı imkanı. CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. E-mailin mövzu (Subject) hissəsində: “Satış və Koordinasiya üzrə Təmsilçi” qeyd etməyiniz xahiş olunur.