Korporativ satış meneceri - Engitech

Местоположение: Bakı

Şirkətimiz IT infrastrukturu, şəbəkə avadanlıqları və zəif axın (ELV) sistemləri üzrə məhsul və layihə həllərinin təchizatı və inteqrasiyası ilə məşğuldur. Hazırda komandamıza korporativ müştərilərlə işləyəcək və yeni satış imkanları yaradacaq Korporativ Satış Meneceri axtarırıq. Bu vəzifədə əsas məqsəd yalnız mövcud sorğulara cavab vermək deyil, aktiv şəkildə yeni müştəri, yeni layihə və yeni satış imkanları yaratmaqdır. IT / ELV / Şəbəkə və Təhlükəsizlik Sistemləri İş şəraiti İş yeri: Bakı İş rejimi: Tam iş günü, 5/2 Əmək haqqı: 800 – 1 000 AZN + mənfəətə bağlı bonus Əsas vəzifələr Yeni korporativ müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin qurulması; Tikinti şirkətləri, podratçılar, sistem inteqratorları, otellər, biznes mərkəzləri, dövlət və özəl müəssisələrlə əlaqələrin inkişaf etdirilməsi; Yeni IT/ELV layihələrinin erkən mərhələdə aşkarlanması; Mövcud müştərilərdən əlavə satış imkanlarının yaradılması; Müştərinin texniki və kommersiya ehtiyaclarının müəyyənləşdirilməsi; Uyğun məhsul və həllərin hazırlanması üçün texniki komanda ilə koordinasiya; Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi; Tender, kotirovka və satınalma proseslərində iştirak; Vendor və distributorlarla qiymət, stok və çatdırılma şərtlərinin razılaşdırılması; Müştərilərlə görüşlərin və təqdimatların keçirilməsi; Satış prosesinin ilkin əlaqədən sifariş və müqaviləyə qədər idarə olunması; CRM sistemində müştərilərin və satış imkanlarının qeydiyyatı; Rəqiblərin və bazarın monitorinqi; Aylıq satış və pipeline hesabatlarının hazırlanması. Namizədə əsas tələblər Minimum 2 il B2B / Korporativ satış təcrübəsi; IT, ELV, təhlükəsizlik sistemləri və ya texniki məhsulların satışında təcrübə üstünlükdür; Korporativ müştərilərlə işləmə bacarığı; Aktiv müştəri axtarışı və cold calling bacarığı; Yeni müştərini real sifarişə çevirmək bacarığı; Güclü danışıqlar aparmaq bacarığı; Kommersiya təklifi hazırlamaq bacarığı; Tender və satınalma prosesləri haqqında anlayış; IT/ELV məhsulları haqqında ümumi texniki bilik; MS Office və CRM proqramları ilə işləmək bacarığı; Azərbaycan dili – sərbəst; Rus dili – üstünlükdür; İngilis dili – üstünlükdür; B kateqoriyalı sürücülük vəsiqəsi – üstünlükdür. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r. Mövzu hissəsində vəzifə adı qeyd edilməlidir - Korporativ satış meneceri Əlaqə - Aynur Nəcəfova +994774162110