Satışa Dəstək Mütəxəssisi / Satış Asistenti - Estet

Местоположение: Bakı

Vəzifə və öhdəliklər Müştərilərdən daxil olan sorğuların qəbul etməli və RFQ tracking-ə işləməli, Müştəridən, şirkət daxili şöbələrdən gələn informasiyalara əsasən RFQ tracking sənədini doldurmaq. Gələn sorğuları, texniki sənədləri, tender sənədlərini diqqətlə oxumaq, analiz etmək və layihə/təchizat şöbəsinə gərəkli məlumatları göndərmək. Gələn cavabları, sənədləri analiz etmək, təklifləri formalaşdırmaq və satış mütəxəssisinə göndərmək Müştəridən gələn müqavilələri incələmək və doldurmaq.  1C proqramında satış sifarişləri və digər sənədləri  doldurmaq. Təchizata tələbnamə açmaq. Məhsulların çatdırılması üçün tələb olunan sənədlərin hazırlanmalı, məhsulların  çatdırılmasına nəzarət etmək Rəhbərliyə hesabatlar hazırlamaq. Cari sifarişləri və ya proyektləri nəzarətdə saxlamaq Sifariş olunan məhsulların müştəriyə çatdılmasını izləmək. Satış dəstək işləri ilə əlaqəli digər vəzifləri yerinə yetirmək Namizədə olan tələblər:  Ali təhsilli, mühəndis olması tərcih səbəbidir.  Kişi və ya qadın, yaş həddi 20 -30 Elektrik avadanlıqları ( generator, ups və s.), IT, Təhlükəsizlik   məhsullarından anlayışı olan Namizəddə olan bacarıq və keyfiyyətlər Əməksevər, öz üzərində daima çalışan Analiz qabiliyyəti yüksək olan Ambisiyalı, kariyera qurmaq istəyi, Məsuliyyətli, punktual, dürüst  Komandada işləmək bacarığı Problemləri həll etmə bacarığı; Dil bilikləri: İngilis dili (orta), Rus dili (yaxşı), Azərbaycan dili (əla)  Kompyuter bilikləri: Excel, Word, Power Point, Outlook (yaxşı),  İş qrafiki - 5 günlük iş rejimi, 9.00-18.00 arası Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində Satışa Dəstək Mütəxəssisi qeyd etməklə göndərə bilərlər.