Местоположение: Bakı
Grand Agro Invitro MMC İstixana istehsalatı üzrə aqronom vəzifəsi üzrə vakansiya elan edir. Əsas vəzifə öhdəlikləri: İstixana və açıq sahələrdə bitkilərin yetişdirilməsi prosesinə nəzarət etmək; Bitkilərin inkişaf mərhələlərini izləmək və aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsini təmin etmək; Suvarma, gübrələmə və bitki mühafizəsi tədbirlərini planlaşdırmaq və icrasına nəzarət etmək; Bitki xəstəlikləri və zərərvericiləri müəyyən etmək, profilaktik və mübarizə tədbirləri həyata keçirmək; İstehsalat prosesində məhsuldarlığın və keyfiyyətin artırılması istiqamətində təkliflər hazırlamaq; Gündəlik istehsalat fəaliyyətinə nəzarət etmək və müvafiq hesabatlar hazırlamaq. Namizədə tələblər: Aqronomluq, bitkiçilik və ya müvafiq sahə üzrə ali təhsil; Aqronom vəzifəsində minimum 2 il iş təcrübəsi; İstixana şəraitində bitki yetişdirilməsi üzrə bilik və təcrübə; Gübrələmə, suvarma və bitki mühafizəsi sahəsində praktiki biliklər; Komanda ilə işləmək, planlaşdırma və problemləri operativ həll etmək bacarığı; Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük. Şirkət tərəfindən təklif olunur Peşəkar inkişaf imkanları; “20 Yanvar” və “Koroğlu” metro stansiyalarından servis xidməti; Şirkət tərəfindən naharla təmin olunma; Əməkhaqqı müsahibə əsasında müəyyən edilir. İş yeri: Türkan qəsəbəsi İş qrafiki: 5 günlük iş həftəsi Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İstixana istehsalatı üzrə aqronom” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.