Местоположение: Bakı
Təsvir Qanunvericilik və beynəlxalq standartlara uyğun sənədlərin hazırlanması və idarə edilməsi; Müəssisənin Keyfiyyət İdarəetmə Sisteminin (KİS) tətbiqi, monitorinqi və təkmilləşdirilməsi; Sertifikasiya və resertifikasiya proseslərinin təşkili və nəzarətdə saxlanılması; İllik daxili audit planının hazırlanması, auditlərin aparılması və nəticələrin izlənilməsi; Uyğunsuzluqların səbəblərinin təhlili və düzəldici tədbirlərin icrasına nəzarət; Struktur bölmələrə KİS üzrə metodiki dəstəyin göstərilməsi və təlim ehtiyaclarının müəyyənləşdirilməsi; Biznes proseslərinin təhlili, monitorinqi və optimallaşdırılmasında iştirak; Rəhbərlik üçün KİS üzrə hesabatların və statistik məlumatların hazırlanması; HACCP, qida təhlükəsizliyi və keyfiyyət standartlarının tələblərinə əməl olunmasının təmin edilməsi; Qida təhlükəsizliyi risklərinin, CCP və OPRP nəzarət tədbirlərinin izlənilməsi, uyğunsuzluqların vaxtında bildirilməsi; Müvafiq monitorinq, yoxlama və davamlı təkmilləşdirmə tədbirlərində iştirak. Tələblər Təhsil: Qida mühəndisliyi, keyfiyyətin idarə edilməsi, qida təhlükəsizliyi və ya müvafiq sahələr üzrə ali təhsil; Təcrübə: Müvafiq sahədə minimum 3 il iş təcrübəsi; Biliklər: ISO 9001, ISO 22000, HACCP və qida təhlükəsizliyi standartları üzrə biliklər; Daxili auditlərin aparılması və uyğunsuzluqların idarə edilməsi üzrə təcrübə; Sertifikasiya və resertifikasiya prosesləri haqqında biliklər; Biznes proseslərinin təhlili və sənədləşdirilməsi bacarığı; MS Office proqramları üzrə biliklər; Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Təlim dəstəyi Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən) Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.