Sürücü köməkçisi - Horeca

Местоположение: Bakı

“HORECA” MMC üçün Sürücü köməkçisi axtarışındayıq. Namizədə tələblər: Mövcud sahə üzrə 1 il iş təcrübəsi arzuolunandır. Sürücülük vəsiqəsi (BC kateqoriya) Yük daşıma avtomobilini idaretmə bacarığı (Ford , Hyundai) Əmək şəraiti: Həftəiçi 5 günlük iş rejimi, saat 09:00-18:00 Faktiki iş ünvanı: Bakı şəhəri Əmək haqqı: 600 Azn Şəxsi keyfiyyətlər: Ünsiyyət qurmaq bacarığı Məsuliyyətli və nizam intizamlı olmalı Vəzifə öhdəlikləri: Daşınacaq malların nəqliyyat vasitəsinə yüklənməsində və təyinat yerində boşaldılmasında iştirak etmək. Malların yüklənməsi, daşınması və boşaldılması zamanı onların zədələnməsinin, sınmasının və itirilməsinin qarşısını almaq. Malların sayının, çeşidinin və qablaşdırılmasının müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılmasında sürücüyə kömək etmək. Malların çatdırılması zamanı müəyyən edilmiş marşrut və iş tapşırıqlarına uyğun olaraq sürücüyə kömək göstərmək. Müəssisə rəhbərliyi tərəfindən vəzifə öhdəliklərinə uyğun olaraq verilən digər qanuni tapşırıqları yerinə yetirmək. Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-lərinizi “Sürücü köməkçisi” başlığı altında göndərə bilərsiniz.