Yüklənir...
Местоположение: Bakı
Komandamıza "Sosial Media Marketinq (SMM) mütəxəssisi" üçün axtarışındayıq. Əsas tələblər: Marketinq və ya oxşar sahə üzrə ali təhsil; Aidiyyatı sahə üzrə minimum 1-3 il iş təcrübəsi; Aidiyyatı sahə üzrə portfolio İşinə qarşı həvəsli, məsuliyyətli, yeniliklərə açıq olmalı. İş şərtləri: İş günləri: 1-6-cı günlər, bazar günü istirahət; Tam-ştat iş rejimi; Minimum əmək haqqı - 700 AZN Vəzifə öhdəlikləri: Aylıq post planın tərtib olunması və kontentlərin (mətn, foto, video və.s) hazırlanması; Şirkətin sosial media hesablarının idarə edilməsi və (Instagram, Facebook və s.) nəzarəti həyata keçirmək; Dizaynerin təqdim etdiyi postların analiz edilərək "post-text"-lərin hazırlanması və günlük paylaşımların həyata keçirilməsi; Sosial şəbəkələrdə müştərilər tərəfindən daxil olan müraciətlərin və sorğuların şirkətin adından korporativ dəyərlər çərçivəsində cavablandırılması; Hazırlanan material və kontentlər əsasında şirkətin marketinq strategiyasına uyğun video çəkilişləri həyata keçirmək və montaj etmək. Aidiyyatı rəhbərliyə görülmüş işlər barədə gündəlik və aylıq hesabatların təqdim edilməsi. Saytla bağlı ( ischool.az ) ümumi işlərin (dizaynların hazırlanması və "admin-panel"-in idarə edilməsi) görülməsi Şirkətin sosial media hesablarında hekayə bölümü üçün sadə dizaynların hazırlanması Kampaniya, tədbir və xüsusi layihələr üzrə sosial media kontentlərinin hazırlanması və koordinasiyası. Bizimlə çalışmağın üstünlükləri: Fərdi və komanda şəklində inkişaf; (əməkdaşlar üçün təlimlər təşkil edilir) Mərkəzin təqdim etdiyi xidmətlərdən tam ödənişsiz şəkildə yaralanma hüququ. Qeyd: Namizədlərin Rus dili biliyinin olması üstünlükdür. Uyğun namizədlər CV-lərini (müraciət anketi) müvafiq başlıq adı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.