Yüklənir...
Местоположение: Bakı
Legalize Hüquq Şirkəti “Baş hüquqşünas” vəzifəsi üzrə vakansiya elan edir Vəzifə öhdəlikləri: Hüquqi yeniliklərin izlənilməsi, təhlili və araşdırılması; Azərbaycan Respublikasının mülki, mülki-prosessual, müqavilə, əmək, inzibati hüququ bilməsi; Müqavilələrin hüquqi ekspertizasının aparılması və hüquqi rəylərin yazılması; Fiziki və hüquqi şəxslərdən, habelə dövlət orqanları, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciət və sorğulara qanunvericiliyə uyğun baxılması; Müqavilələrin, hüquqi məsələlərlə bağlı məktubların, ərizələrin, şikayətlərin və digər hüquqi sənədlərin hazırlanması; Hüquqi şəxsin təsis sənədlərinin və qanunvericiliyə uyğun digər zəruri sənədlərin tərtib edilməsi; Vəzifə öhdəliklərindən irəli gələn digər hüquqi tapşırıqların icrası. Tələblər: Hüquq üzrə ali təhsil; Yaş: 25-28; Mütləq 3-5 il iş təcrübəsi ; Kişi namizədlər üçün - hərbi xidmət keçmiş olması; Neft-qaz (xüsusilə müqavilələr üzrə) və tikinti hüququ sahələrində təcrübənin olması üstünlükdür; Dil bilikləri: Azərbaycan dili – ana dili səviyyəsində; ingilis dili – mütləqdir (şifahi ünsiyyət və hüquqi yazı bacarığı) ; rus dili – üstünlükdür; Azərbaycan Respublikasının qanunvericiliyi ilə işləmək bacarığı; Effektiv ünsiyyət bacarığı; Komandada işləmək bacarığı; Prioritetləri düzgün müəyyənləşdirmək və vaxtı səmərəli idarə etmək bacarığı; “Deadline”lara ciddi riayət etmək bacarığı; Gərgin iş şəraitinə və stressə davamlılıq; Yüksək məsuliyyət hissi, təşəbbüskarlıq və öyrənməyə açıqlıq. İş şəraiti İş vaxtı: 5 (beş) günlük. İstirahət günü: şənbə, bazar. Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə mərhələsində təyin ediləcəkdir. Əlaqə: Müraciət üçün CV-nizi (mövzu hissəsində “Baş hüquqşünas” yazaraq) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.