Местоположение: Bakı
Ələt qəsəbəsində yerləşən Qobustan 100 MVt Günəş Elektrik Stansiyasına məsuliyyətli və təcrübəli Aşpaz axtarılır. Əsas vəzifələr: Təsdiq edilmiş menyuya uyğun olaraq gündə 3 dəfə — səhər yeməyi, nahar və şam yeməyi hazırlamaq; Ərzaq məhsullarını yemək hazırlanmasına uyğun şəkildə hazırlamaq; Yeməklərin hazırlanma texnologiyasına və porsiya standartlarına riayət etmək; Xammalın və hazır yeməklərin keyfiyyətinə nəzarət etmək; Məhsulların son istifadə tarixlərinə və saxlanma şəraitinə nəzarət etmək; Mətbəxdə sanitar-gigiyenik qaydalara riayət etmək; Mətbəxin, avadanlıqların, qab-qacağın və iş yerinin təmizliyini təmin etmək; Lazımi ərzaq məhsulları və təsərrüfat ləvazimatları üzrə sifarişlər hazırlamaq; Məhsul və materiallardan səmərəli və qənaətlə istifadə etmək; Əməyin mühafizəsi, təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək; Rəhbər tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirmək. Namizədə tələblər: Orta və ya orta ixtisas təhsili; Aşpaz kimi minimum 1 il iş təcrübəsi ; Yemək hazırlanma texnologiyası və sanitar-gigiyena qaydaları barədə bilik; Məsuliyyətli, səliqəli və intizamlı olmaq. İş yeri: Ələt qəsəbəsi və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək. Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.