Местоположение: Bakı
Əsas vəzifələr: Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı və dolğun məlumat verilməsi; Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi; Kassa sənədlərinin Mərkəzi Bankın qaydalarına uyğun olaraq tərtib edilməsi; Ödəniş kartları üzrə əməliyyatların aparılması; Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər qiymətlilərin filial direktorunun iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurulması; Gün ərzində hazırlanmış sənədlərin müvafiq qaydada arxivləşdirilməsi; Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətlərinə aid digər tapşırıqların icra edilməsi. Namizədə dair tələblər: Ali iqtisadi təhsil; Əməliyyatçı-kassir, əməliyyatçı və ya kassir vəzifəsində minimum 1 il iş təcrübəsi; MS Office (MS Office Excel yaxşı səviyyədə) bilikləri; Müştəri xidməti və kassa əməliyyatları ilə əlaqədar müvafiq qanunvericilik biliklərinə malik olmaq (Mülki Məcəllə, müştəri xidməti və kassa əməliyyatları ilə əlaqədar Mərkəzi Bankın normativ aktları); Komandada və müştərilərlə işləmək bacarıqları; Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq; Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzu olunandır. İş şəraiti: AZ1032, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küç. 1B Həftə içi 5 iş günü, 09:00–18:00 Əmək haqqı: razılaşma əsasında Qeyd olunan tələblərə uyğun gələn şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əməliyyatçı-kassir) göstərməyiniz xahiş olunur.