Yüklənir...
Местоположение: Bakı
Hazırda şirkətimizə Admin operator vakansiyası üzrə namizəd axtarılır. İş yeri: Əsgəranda yerləşən Beton zavodu Tələblər: Orta təhsil; Əlaqəli sahə üzrə ən azı 1 il iş təcrübəsi; Müştəriyönümlülük; Davamlı inkişaf; Keyfiyyət yönümlülük, Bütövlük. Əsgəran, Xankəndi, Ağdam və yaxın ərzailərdə yaşayan namizədlərə üstünlük verilir. Vəzifə və Öhdəliklər: Zavodda ümumi ərazilərin, yeməkxananın, ofislərin və yaşayış binalarının təmizlənməsi və səliqəli saxlanılması Zibil qutularını müntəzəm olaraq boşaltmaq və tullantıların düzgün idarə olunmasını təmin etmək; Elektrik, su və digər mühəndis kommunikasiyalarında kiçik nasazlıqların aradan qaldırılmasına dəstək vermək və lazımi hallarda texniki heyətə məlumat vermək; Sadə təmir işlərinə (məsələn, qapıların düzəldilməsi, boruların sızmasının qarşısını almaq, ampüllərin dəyişdirilməsi) kömək etmək; Təmir, təchizat və digər məqsədlər üçün materialların daşınması, anbarlanması və paylanması; Düşərgədə zibillərin toplanması və müəyyən olunmuş yerlərə daşınması; Gələn təchizatların boşaldılması, saxlanılması və lazım olan bölmələrə çatdırılması; Düşərgədə iş zamanı təhlükəsizlik və sağlamlıq qaydalarına riayət etmək, fövqəladə hallar zamanı prosedurları yerinə yetirmək; İş prosesində istifadə olunan alət və avadanlıqların təmiz saxlanılması və qaydalara uyğun istifadəsi; Mümkün lazım olan digər köməkçi işlərdə iştirak etmək; Rəhbərliyin tapşırıqlarına uyğun olaraq müxtəlif əlavə işlərin görülməsi. CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.