Yüklənir...
Местоположение: Bakı
Hazırda şirkətimizə Sürücü-fəhlə (daşınma üzrə) vakansiyası üzrə namizəd axtarılır. İş yeri: Bakı, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km 1 Tələblər: Orta təhsil; Əlaqədar vəzifə üzrə 1 il iş təcrübəsi; BC kateqoriyası üzrə sürücülük vəsiqəsi; Mexaniki sürətlər qutusu idarə etmə bacarığı; Müştəriyönümlülük; Ünsiyyət bacarığı. Vəzifə və Öhdəliklər: Gündəlik olaraq zavod ərazisində yerləşən istirahət otaqlarına və ofis binasının bütün mərtəbələrinə içməli suyun çatdırılmasını və təmin edilməsini həyata keçirmək; İstehsalat sahəsində iş aparılan ərazilərə birbaşa rəhbərin razılığı əsasında əlavə su təminatını həyata keçirmək; Gündəlik verilən suyun, eləcə də dolu və boş su qablarının uçotunu aparmaq, su anbarına nəzarət etmək və müvafiq hesabatı birbaşa rəhbərinə təqdim etmək; İçməli su ehtiyatını izləmək və tələbat əsasında təchizatçıya sifariş vermək; Zavod ərazisində yerləşən tullantı konteynerlərini gündəlik yoxlamaq və onların vaxtında boşaldılmasını təmin etmək; Ərazi və ofis yaxınlığında yerləşən tullantı qablarının boşaldılması; Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təsdiqlənmiş təxliyyə planına uyğun hərəkət edilməsi; API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi; Birbaşa rəhbər tərəfindən verilən digər inzibati və təsərrüfat xarakterli tapşırıqları yerinə yetirmək. CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.