İnzibati İşlər Şöbəsi - Kiçik Mütəxəssis (Resepşn) - PASHA Life

Местоположение: Bakı

Vəzifə öhdəlikləri Müştərilərin və qonaqların qarşılanması, onların müvafiq şöbə və əməkdaşlarla əlaqələndirilməsi; Daxil olan telefon zənglərinin cavablandırılması və aidiyyəti şöbələrə yönləndirilməsi; Müştəri və qonaqların inzibati binaya giriş və çıxış prosedurlarının həyata keçirilməsi; Müştəri və qonaqların sorğularının cavablandırılması və zəruri məlumatların təqdim edilməsi; Daxili və xarici məktubların, sənədlərin qəbulu və aidiyyəti üzrə çatdırılması; Şirkətə məxsus kitabxananın işinin təşkili və idarə olunmasına dəstək göstərilməsi; Birbaşa rəhbər tərəfindən verilən digər göstəriş və tapşırıqların yerinə yetirilməsi; Namizədə olan tələblər İş təcrübəsi: Sahə üzrə iş təcrübəsi tələb olunmur. Təhsil: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi. Dil bilikləri: Azərbaycan dili: əla; Rus dili: əla/yaxşı; İngilis dili: orta. Kompüter bilikləri: MS Office proqramları: orta səviyyə. Üstünlük veriləcək: İnzibati işlər və ya resepsiyon sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir. Fərdi keyfiyyətlər və bacarıqlar: Nəticəyönümlülük; Müştəriyönümlülük; Etibar yaratmaq bacarığı; Komandada işləmək və əməkdaşlıq bacarığı; Keyfiyyətyönümlülük; Məlumat toplamaq və düzgün təhlil etmək bacarığı; Problem həll etmə bacarığı; Analitik düşüncə. Biz nə təklif edirik? Əməkdaş və ailə üzvləri üçün geniş tibbi sığorta paketi; Kritik xəstəliklər üzrə təminatı əhatə edən korporativ həyat sığortası; Fərdi inkişaf planı çərçivəsində təlim və inkişaf imkanları; Ödənişsiz dayanacaq; “Dəyərlisən” platforması vasitəsilə güzəşt və endirim imkanları; İdman və sağlamlıq xidmətlərindən istifadə imkanı.  Yalnız ilkin seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq. Maraqlanan namizədlər   Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.