Keyfiyyətə nəzarət üzrə mühəndis - PMD Projects LLC

Местоположение: Bakı

Təsvir Layihələrdə bütün materialların keyfiyyətini nəzərdən keçirmək, bütün layihə xüsusiyyətlərinə və keyfiyyətinə uyğunluğunu təmin etmək; Tikinti sahələrində yerinə yetirilən işlərinin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə qüvvədə olan standartlar, layihə sənədləri və müştərilərin tələblərinə uyğunluğa gətirilməsi işinin təşkilində və həyata keçirilməsində iştirak etmək; İşlər bitdikdən sonra son yoxlama fəaliyyətini həyata keçirmək və işlərin icrasından sonra nəzarət etmək; Sahədə istifadə olunan materialların giriş nəzarətini həyata keçirmək; Sahədə istifadə olunması planlaşdırılan materialların uyğunluğunu təsdiq etmək; İstehsalat üsullarının yoxlanılması və təsdiqlənməsi; İstehsalat nəzarəti fəaliyyətinin Keyfiyyət tərəfdən yoxlamalarını aparmaq; Tikinti sahələrində işlərinin (xidmətlərin) keyfiyyətinin idarə edilməsi üzrə qeydlər aparmaq və hesabatlar tərtib etmək; Açılmış uyğunsuzluq hesabatlarda düzəliş və düzəldici fəaliyyətlər haqqında rəy bildirmək; İstehsal nəzarəti zamanı yaranan qüsurları aşkarlamaq və uyğunsuzluq hesabatları açmaq; 3-cü tərəfin apardığı yoxlama və sınaqlarda iştirak etmək; Düzəliş fəaliyyətlərinə nəzarət etmək; Vaxtaşırı ərazidə istehsal prosesinə nəzarət etmək; Layihə üzrə Keyfiyyət planı və işin icra üsulu haqqında rəy bildirmək və tətbiqini təşkil etmək; Uyğunsuzluq hesabatlarının statusu haqqında məsul şəxsi məlumatlandırmaq; Yoxlama və sınaq planlarının yoxlanılması və tətbiqi; Gələn Yoxlama Bildirişləri üzrə yoxlama fəaliyyətini həyata keçirmək; Sahəyə daxil olan materialın təsdiqlənmiş material ilə eyniliyini izləmək; Keyfiyyətlə bağlı iclasları təşkil etmək və aparmaq; Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi; Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi; Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi. Tələblər Ali təhsil: Müvafiq mühəndislik sahəsi üzrə ; İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (inşaat sahəsi üzrə); Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis və Rus dilləri arzuolunandır; Kompüter bilikləri: MS Office; Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.