Местоположение: Bakı
Tələblər: Ali təhsil (mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli ixtisaslar üzrə); Mühasibat sahəsində minimum 2 il iş təcrübəsi; Azərbaycan Respublikasının mühasibat uçotu və vergi qanunvericiliyinə dair yaxşı biliklər; 1C, Microsoft Excel və Word proqramlarında yaxşı işləmək bacarığı. Öhdəliklər: Şirkətin mühasibat uçotunun qüvvədə olan qanunvericiliyə və uçot siyasətinə uyğun aparılması; E-qaimələrin hazırlanması və Elektron Vergi Portalı vasitəsilə təqdim edilməsi; Hesab-fakturaların tərtib olunması və müştərilərə göndərilməsi; Göndərilmiş e-qaimələrin uçotla tutuşdurulması; Bank əməliyyatlarının aparılması, xarici və yerli müştərilərlə qarşılıqlı hesablaşmaların uçotu və aktların uzlaşdırılması; Debitor borcların izlənilməsi; Mühasibat sənədlərinin qanunvericiliyə uyğun qruplaşdırılması, arxivləşdirilməsi və saxlanılması; Məlumatların məxfiliyinin qorunması; Rəhbərliyin həvalə etdiyi digər mühasibat işlərinin yerinə yetirilməsi. İş şərtləri: Əmək haqqı: müsahibə əsasında; İş qrafiki: həftəiçi 5 gün, 08:30-17:30; Ünvan: Qaradağ rayonu, Salyan şosesi 14-cü km. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .