Yüklənir...
Местоположение: Bakı
Əsas Vəzifə Öhdəlikləri: Şirkətin filiallarından daxil olan sənədlərin tamlığını, uyğunluğunu və düzgünlüyünü yoxlamaq; Yoxlanılmış sənədləri arxiv otağında aidiyyəti qovluqlar üzrə sistemli şəkildə yerləşdirmək; Arxiv qovluqlarının dövri auditini aparmaq və sənədlərin mühafizəsini təmin etmək; Sənədlərdə aşkar olunmuş xətalar və uyğunsuzluqlar barədə filial müdirlərini məlumatlandırmaq, düzəlişlərin olunmasını tələb etmək və izləmək; Borcu bitmiş müştərilərin sənədlərini borclular bölməsindən çıxararaq müvafiq arxiv qovluğuna köçürmək; Hüquq şöbəsinin tələb etdiyi sənədləri məhkəmə və digər dövlət organlarına vaxtında çatdırmaq; Müddəti bitməkdə olan sənədlərin siyahısını hazırlayaraq Hüquq şöbəsinə təqdim etmək; Namizədə Dair Tələblər: Təhsil: Ali və ya orta-ixtisas təhsili; İş təcrübəsi: Kargüzarlıq, arxiv işi və ya sənəd dövriyyəsinə nəzarət sahəsində iş təcrübəsi arzuolunandır; Bilik və Bacarıqlar: Sənədləşmə standartları və kargüzarlıq qaydaları barədə anlayış; Yüksək diqqətcillik, məsuliyyət və təşkilatçılıq bacarıqları; Şirkətdaxili komanda və filial rəhbərləri ilə effektiv kommunikasiya qurmaq qabiliyyəti; İntizamlılıq və iş vaxtının planlaşdırılması bacarığı (gündəlik planlama və icra). İş qrafiki: 6 gün Ünvan: Baş Ofis, Yasamal r-n, İnşaatçılar m/s, Tri korona binası, evol mebel Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.