Dağıtım və Pərakəndə üzrə Ticari Marketinq Meneceri - Superfon

Местоположение: Bakı

Namizədə dair tələblər: Ali təhsil (marketinq, biznes, iqtisadiyyat və ya əlaqəli sahə); Ticari marketinq, distribusiya kanalları və ya B2B/topdan satış üzrə ən azı 2 il müvafiq iş təcrübəsi; Distribusiya və topdan satış kanallarında kampaniya, həcm endirimi və müştəri təşviqi mexanikalarını hazırlamaq və tətbiq etmək bacarığı; İsti və sifarişli/soyuq satışın, bort satışının, satış rutlarının və pərakəndəçi münasibətlərinin iş məntiqini anlama; Satış həcmi, aktiv müştəri, əhatə, orta sifariş, çeşid və kampaniya nəticələri üzrə məlumatları təhlil etmək bacarığı; Kampaniya şərtlərinin qiymət, güzəşt, xərc və marjaya təsirini qiymətləndirə bilmək; Excel-də sərbəst işləmək və nəticələri aydın hesabat şəklində təqdim etmək bacarığı; Satış, kateqoriya, maliyyə və əməliyyat komandaları ilə koordinasiya və sahə komandaları ilə ünsiyyət bacarığı; Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət. Vəzifələr: Dağıtım direktorluğunun isti satış, sifarişli/soyuq satış, bort və ehtiyat hissələri satışları, eləcə də topdan satış mağazaları üzrə ticari marketinq fəaliyyətlərini planlaşdırmaq; Kanal və müştəri seqmentinə uyğun aylıq və rüblük kampaniya planları, həcm endirimləri, məhsul təklifləri və pərakəndəçi təşviqləri hazırlamaq; Satış hədəfləri, bazar ehtiyacları və kanal imkanları əsasında kampaniya mexanikalarının şərtlərini və tətbiq qaydalarını satış komandası ilə razılaşdırmaq; Kampaniyaların sahədə və satış sistemində düzgün tətbiqini satış, kateqoriya, maliyyə və əməliyyat komandaları ilə əlaqələndirmək; Kanallar üzrə satış həcmi, aktiv müştəri sayı, əhatə, orta sifariş, məhsul çeşidi və kampaniya nəticələrini izləmək; Kampaniya nəticələrini baza dövrü və qoyulan hədəflərlə müqayisə etmək, xərc və marja təsirini təhlil edib təkmilləşdirmə təklifləri hazırlamaq; Satış komandası və müştərilərdən gələn rəylər əsasında kanal ehtiyaclarını və yeni kommersiya imkanlarını müəyyənləşdirib rəhbərliyə təqdim etmək. Üstünlük veriləcək: İstehlak elektronikası, telekommunikasiya, məişət texnikası, FMCG və ya böyük retail şəbəkəsində iş təcrübəsi; Bir neçə satış kanalında kampaniya idarəçiliyi və regionlarla iş təcrübəsi; Power BI və ya digər hesabat alətləri ilə işləmək bacarığı; İngilis dili biliyi; Çox kanallı qiymət və kampaniya idarəçiliyi üzrə təcrübə; Şəxsi avtomobilin olması. Şirkət tərəfindən: Peşəkar inkişaf və öyrənmə imkanı; Karyera yüksəlişi; Peşəkar və dinamik iş mühiti; Əmək müqaviləsi; İş şəraiti İş yeri: Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycan İş rejimi: Tam iş günü Əmək haqqı: Namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .