Mağaza Meneceri - Supertoys

Местоположение: Bakı

SuperToys komandası böyüməyə davam edir! Premium mağazamızın idarə edilməsini həyata keçirəcək, yüksək xidmət standartlarını təmin edəcək və satış nəticələrinə rəhbərlik edəcək peşəkar Mağaza Meneceri axtarırıq. Vəzifə öhdəlikləri: Mağazanın gündəlik fəaliyyətini təşkil və idarə etmək; SuperToys standartlarının və premium xidmət keyfiyyətinin təmin edilməsinə nəzarət etmək; Satış hədəflərini müəyyənləşdirmək və icrasını təmin etmək; Komandanı idarə etmək, motivasiya etmək və inkişaf etdirmək; Müştəri məmnuniyyətini və VIP müştərilərə fərdi yanaşmanı təmin etmək; Mağazanın merçendayzinq, kassa, anbar və stok proseslərinə nəzarət etmək; Satış göstəricilərini təhlil etmək, nəticələrin artırılması üçün təkliflər hazırlamaq; Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək. Namizədə tələblər: Ali təhsil; Pərakəndə satış sahəsində minimum 5 il iş təcrübəsi ; Mağaza idarəçiliyi və komanda rəhbərliyi üzrə minimum 5 il təcrübə; Rus dili mütləqdir (sərbəst danışıq səviyyəsində); Güclü liderlik və idarəetmə bacarıqları; Yüksək səviyyəli ünsiyyət və müştəriyönümlülük; Analitik düşünmə və satış göstəricilərini təhlil etmək bacarığı; Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük; MS Office və satış proqramları ilə işləmək bacarığı. Biz təklif edirik: Rəqabətqabiliyyətli əmək haqqı və bonus sistemi; Peşəkar inkişaf və karyera imkanları; Dinamik və inkişafyönümlü iş mühiti. Əmək haqqı: 1300–1700 AZN CV-lərinizi mövzu hissəsində “Premium Mağaza Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.