Местоположение: Bakı
Əsas vəzifə öhdəlikləri: Trade marketinq strategiyalarının hazırlanması və həyata keçirilməsində iştirak etmək; Satış nöqtələrində brendin görünürlüğünü təmin etmək; Kampaniyaların, endirimlərin, xüsusi təkliflərin və digər promosyon tədbirlərinin planlaşdırılması və təşkili; Mağazadaxili reklam materiallarının, stendlərin, vitrinlərin və məhsul təqdimatlarının hazırlanmasına və yerləşdirilməsinə nəzarət; Məhsulların mağazalarda düzgün yerləşdirilməsinin və vizual təqdimatının təmin edilməsi; Satış göstəricilərinin təhlili və satışın artırılması üçün təkliflərin hazırlanması; Rəqib şirkətlərin kampaniyalarının və bazar tendensiyalarının araşdırılması; Marketinq kampaniyalarının effektivliyinin ölçülməsi və nəticələr üzrə hesabatların hazırlanması; Marketinq, satış və mağaza komandaları ilə koordinasiyalı işin təşkili; Satış nöqtələrinə mütəmadi səfərlər edərək məhsul yerləşdirilməsinə və kampaniyaların icrasına nəzarət etmək. Trade marketinq büdcəsinin planlaşdırılması və xərclərə nəzarət. Namizədə dair tələblər: Ali təhsil; Trade marketinq, marketinq və ya satış sahəsində minimum 1–2 il iş təcrübəsi; Trade marketinq alətləri, satış kanalları və pərakəndə ticarət prinsipləri haqqında biliklər; MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də işləmək bacarığı; Analitik düşünmə, məlumatları təhlil etmə və hesabat hazırlama bacarığı; Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı; Komandada işləmək və vaxtı düzgün idarə etmək bacarığı; Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük; Azərbaycan dilini sərbəst bilmək; ingilis və ya rus dili biliyi üstünlükdür; Ezamiyyətlərə və satış nöqtələrinə səfərlərə hazır olmaq. Üstünlük hesab olunur: FMCG sektorunda iş təcrübəsi; Promosyon kampaniyalarının təşkili və nəticələrinin qiymətləndirilməsi üzrə təcrübə; Büdcə planlaşdırılması və marketinq göstəriciləri (KPI) ilə işləmək bacarığı. Əməkhaqqı: 1000-1200 AZN (Namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq) Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .