Местоположение: Bakı
İş yeri: Balakən Vəzifə öhdəlikləri Anbara daxil olan məhsulların qəbulunu, barkodlaşdırılmasını və sistemə düzgün şəkildə mədaxil edilməsini təmin etmək; Anbardan çıxarılan məhsulların müvafiq prosedurlara uyğun sənədləşdirilməsinə nəzarət etmək; Anbar qalığının düzgünlüyünü mütəmadi yoxlamaq və fiziki qalıqların sistem məlumatlarına uyğunluğunu təmin etmək; Məhsulların adlarına və müəyyən edilmiş qaydalara uyğun olaraq anbarda yerləşdirilməsinə və saxlanılmasına nəzarət etmək; 1C proqramı üzərindən anbar əməliyyatlarını, o cümlədən silinmə əməliyyatlarını aparmaq; Anbar üzrə müvafiq sənədlərin və uçot məlumatlarının düzgünlüyünü təmin etmək; Anbarda nizam-intizamın və məhsulların düzgün saxlanma qaydalarının qorunmasını təmin etmək. Tələblər Müvafiq sahədə iş təcrübəsi arzuolunandır; 1C proqramı ilə işləmək bacarığı; Microsoft Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı; Diqqətlilik, dəqiqlik və məsuliyyətlilik; Komanda ilə işləmək və iş prosesini düzgün təşkil etmək bacarığı. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .